Icma.az
close
up
RU
Pizza hazırlamaqdan Çempionlar Liqasına... Foto

Pizza hazırlamaqdan Çempionlar Liqasına... Foto

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

5 il əvvəl pizza hazırlayırdı, indi Çempionlar Liqasında qol vurur…

Söhbət “Brest” klubunun futbolçusu Yulien le Kardinaldan gedir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə Yulien tamamilə fərqli bir həyat yaşayırdı.

O, kiçik Saint-Brieuc şəhərindəki pizza restoranında işləyirdi, burada hər gün xəmir yoğurur və pizza hazırlayırdı. Velosipedlə sifarişlərləri çatdırırdı. Bundan başqa o, bağban, sürücü və s. kimi işlərdə də çalışıb.

Onun o vaxtkı futbol tarixi də tribunalar tərəfindən alqışlanmaqdan çox uzaq idi. Kardinal ayda 150 avroya həvəskar liqalarda oynayırdı və artıq yaşıl meydanları, topları, penaltiləri unudub, stabil iş axtarmaq barədə ciddi düşünürdü.

Kardinal müsahibəsində deyib:

“Çətin vaxtlar idi. Həyatımın çox hissəsini işə həsr etmişəm. Çünki işləmirsənsə, pulun yoxdur. Yerli klubda oynayanda ayda 150 avro alırdım. Deməli, 18 və ya 19 yaşınız tamam olanda... “Del Arte” restoranı var idi. Mən makaron bişirməyə başladım (gülür). Bir az bezdirici oldu. Kimsə işdən çıxdı, ona görə də mən qəlyanaltılara və desertlərə keçdim. Sonra pitsa hazırlamağa başladım. Amma o qədər də yaxşı deyildim...

Mən də müvəqqəti olaraq fabrikdə işləmişəm. Supermarketə mal göndərərək komponent işçisi kimi də çalışmışam. Bir gün forklift sürücüsü kimi işə düzəldim. Bütün bunlar 17-19 yaş arasında baş verib”.

Ancaq tale üzünə güldü...

Həyat yoldaşı ilə tanışlığı karyerasında dönüş nöqtəsi oldu. 

“Ya futbola qayıdıb öz həyatına ciddi yanaşmağa başlayarsan, ya da həyatın boyu yarım ştatlı işlərə davam edəcəksən”, - deyə həyat yoldaşı Yulienə deyib.

Bu sözlər Yulien üçün əsas motivasiya qaynağı olub və meydanlara qayıdıb.

2019-cu ildə “Bastia”ya qoşuldu. Məşqçilər onun əzmkarlığını və zəhmətini tez qiymətləndirdilər. Komanda yoldaşları onun məşqlərdə çox məsuliyyətli olduğunu deyirdilər.

2022-ci ildə Yulien “Paris”lə müqavilə imzaladı. Daha sonra o, ailəsi ilə birlikdə paytaxtın səs-küyündən uzaqda Arrasda məskunlaşıb. Lakin bu sakitlik uzun çəkməyib.

Altı ay sonra “Lens” onunla maraqlanmağa başladı və yeni kluba keçmək üçün Yulien böyük fədakarlıqlar etdi. Maaşının azaldılmasına razı oldu və hətta gəlirinin bir hissəsini kluba köçürdü.

O, Liqa 1-də oynamaq şansı üçün hər şeyi riskə atmağa hazır idi. Ancaq “Lens”də onun yolu açılmadı. Futbolçu 8 ayda cəmi 10 matç oynaya bildi.

Bununla belə, o, bundan maksimum yararlandı. Ən yaxşı oyunçuları izlədi və özünə inamını heç vaxt itirmədi.

Tezliklə tale ona yenidən şans verdi.

O, “Brest”ə icarəyə göndərildi və sonra klub onu birdəfəlik transfer etdi. Məhz burada Kardinal öz potensialını ortaya qoydu.

Nəhayət 2024-cü il Yulien üçün əlamətdar il oldu. Çempionlar Liqasının ümumi mərhələsinin altıncı turunda müdafiəçi Avropanın əsas klub turnirində ilk qolunu vurdu.

Bu, PSV ilə matçda baş verdi və qol oyun üçün həlledici oldu. Yeganə qolun müəllifi olan futbolçu “Brest”ə qalibiyyət gətirdi.

Bir neçə il əvvəl tamam fərqli sahələrdə qaçaqaçla işləyən gənc, bu gün  “Barselona”, “Real Madrid” də daxil olmaqla, futbol nəhənglərinə qarşı meydana çıxır.

“Brest” turnirdə top klubları geridə qoyaraq, cədvəldə 7-ci yeri tutub. Komandanın uğurunda həlledici töhfə verənlərdən biri də Yuliendir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 05:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri