PKK açıqladı: təşkilatın iki qurucusu öldürüldü FOTO
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PKK terror təşkilatının ləğvi bəyannaməsində PKK-nın qurucuları Rza Altun və Ali Haydar Kaytanın Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürüldüyü açıqlanıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Kaytanın İraqın şimalında keçirilən əməliyyatda zərərsizləşdirilidiyi bildirilib.
Türkiyə KİV yazır ki, PKK/KCK terror təşkilatının qurucularından biri, KCK “İcraiyyə Şurası”nın üzvü Ali Haydar Kaytanın ölməsi təşkilatın parçalanmasının qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün gizli saxlanılıb.
PKK özünün qurucularından biri olan Kaytanın ölümünü gizlətmək üçün edam üsulundan istifadə edib.
PKK/KCK-nin digər qurucularından biri Rza Altunun Türkiyə ordusunun əməliyyatlarında məhv edilməsi də etiraf olunub. Onun ölümü də uzun müddət eyni məqsədlərə görə gizli saxlanılıb.
PKK hər ikisi şəxsin məhv edildiyi barədə Türkiyənin rəsmi açıqlamalarını qəbul etməmişdi.
Xatırladaq ki, PKK-nın çətir təşkilatı KCK bundan əvvəl terror təşkilatının ləğv olunduğunu bəyan etmişdi.
Baxış sayı:87
Bu xəbər 12 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















