Icma.az
close
up
RU
PKK bundan sonra silahı buraxmasa, cavab necə olacaq? Türkiyədən açıqlama

PKK bundan sonra silahı buraxmasa, cavab necə olacaq? Türkiyədən açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə 1984-cü ildən bəri PKK terror təşkilatının fəaliyyətindən ciddi zərər çəkmişdir. Bu 40 il ərzində 40 mindən çox insanımızı itirmişik. Ölkəyə 1,5 trilyon dollar maddi ziyan dəyib”. 

Bu fikirləri Globalinfo.az-a açıqlamasında türkiyəli ekspert Hüsaməttin İnaç deyib.

Politoloq bildirib ki, bu terror təşkilatı kürd vətəndaşların bir sıra sosial, mədəni və ya siyasi hüquqlardan məhrum qalması səbəbi ilə və ya bu problemdən sui-istifadə edərək özünə yer tapmış, ciddi zorakılıqlara səbəb olmuşdur.

“2000-ci illərin əvvəlindən etibarən bu terror təşkilatının irəli sürdüyü iddiaları aradan qaldırmaq üçün ölkəmiz çox ciddi cəhdlər edib. Kürd vətəndaşlarımıza daha çox hüquqlar verildi, günlük həyatları daha da asanlaşdırıldı, kürd dilində televiziya kanalları yaradıldı. Başqa sözlə, türk və kürd vətəndaşları arasında bərabərliyin təmin edilməsi üçün hər bir addım atıldı. Bu səbəbdən günümüzdə PKK-nın mövcudluğunun heç bir mənası qalmayıb. Bu gün PKK Türkiyədə artıq dəstəklənmədiyinin, insanların ona nifrətlə yanaşdığının fərqindədir”.

Ekspertin sözlərinə görə, bu terror təşkilatı NATO ölkələri, ABŞ, İsrail və Qərb dövlətləri tərəfindən dəstəklənir. 

“PKK ABŞ və İsrail vasitəsilə Türkiyə, İran, İraq və Suriyadakı kürdləri bir araya gətirərək bu dörd dövlətin sərhədində bir tampon kürd dövləti qurmaq layihəsini həyata keçirməyə çalışır. Yuxarıda adını çəkdiyim dövlətlər, başda ABŞ olmaqla, buna dəstək verirlər. Belə ki, Suriyanın şimalında PKK-nın Suriya qolu minlərlə TIR silahla dəstəklənir. ABŞ onlara kəşfiyyat sahəsində və maddi yardım edir. Suriyanın yenidən qurulduğu dövrdə burada bir PKK dövlətinin yaradılması önümüzdəki yüz il ərzində Türkiyənin təhlükəsizliyinə təhdid yaradaraq gücünü yenidən boşa sərf etməsinə səbəb olacaq”.

H.İnaç qeyd edib ki, Türkiyə çox ciddi hərbi əməliyyat həyata keçirmək istəyir.

“Türkiyə oradakı kürd məsələsindən və ya kürd vətəndaşlardan istifadə edərək əslində ABŞ və İsrailin hesabına dövlət qurmaq istəyənlərlə ciddi mübarizə aparmağı hədəfləyir. Amma bundan öncə Türkiyənin öz daxilində güclənməsi lazımdır. Burada önəmli olan odur ki, dövlət kürd vətəndaşlarını qorumaq üçün əlindən gələni edir, ancaq bundan sui-istifadə edən terror təşkilatına qarşı sərt mövqeyini konkret şəkildə ortaya qoyur”.

Hüsaməttin İnaç

Ekspert vurğulayıb ki, ötən il 22 oktyabrda Türkiyə Böyük Millət Məclisi öz işinə başladığı zaman “Cumhur İttifaqı”nın tərəfdaşı MHP lideri Dövlət Baxçalının PKK-nın siyasi qolu olan partiya ilə bir araya gələrək onlara səmimi mesajlar verməsi bugünkü prosesi tətikləmiş oldu.

“PKK indiyədək Türkiyədə ayrıca dövlət qurmaq və ya federasiyaya sahib olmaq, dövlətin unitar quruluşunu pozmağa çalışıb. Xüsusilə konstitusiyada kürd vətəndaşlığı kimi ikinci bir vətəndaşlığın ortaya atılması Türkiyə üçün ən böyük tələ idi. Unitar dövlət quruluşu pozularsa, Türkiyə öz vətəndaşları deyil, birbaşa ABŞ və İsrail tərəfindən idarə edilən oyuncaq dövlət halına gələcək. PKK və YPG-nin, digər terror təşkilatlarının məqsədi də budur”.

Ekspert bildirib ki, dövlət bu son addımı ilə bu təşəbbüslərin qarşısını almağa çalışır. 

“1999-cu ildən həbsdə olan PKK lideri Öcalana bu açıqlamanı verdirməklə PKK-nın mənasız bir qurum olduğu, məsələnin silahlı həll yolunun qalmadığı göstərilir. Bu açıqlama çox dəyərlidir. Çünki bu yalnız Türkiyənin daxilindəki deyil, İraqda Kandildəki PKK ünsürlərini, PKK-nın Suriya qolu PYD/YPG və eyni zamanda Almaniya başda olmaqla Avropada dəstəklənən kürd əsilli PKK-lı liderlərə çağırışdır. Təbii ki, müxtəlif dövlətlərdəki terror təşkilatlarının buna necə cavab verəcəyi böyük əhəmiyyət daşıyır. Türkiyə növbəti addımlarını buna görə müəyyənləşdirəcək. Əgər həqiqətən silahı yerə atsalar, Türkiyə bu istiqamətdə bir sıra yeni demokratik və siyasi qərarlar verəcək. Əks halda, Türkiyə buna silahlı mübarizə ilə cavab verəcək. Burada məqsəd PKK məsələsini artıq xarici dövlətlərin əlində alət olmaqdan çıxarıb birbaşa dövlət daxilində tərəflər arasında həllini təmin edən prosesi başlatmaqdır”.

Politoloq sonda qeyd edib ki, bu, PKK məsələsinin həmən həll olunduğu mənasını vermir. 

“Burda ən əhəmiyyətli uğur PKK-nın Suriya qanadı olan YPG-nin silahı yerə qoyması və Suriyada unitar bir dövlətin qurulması istiqamətində addımlar olacaq. Bu, Türkiyənin qırmızı xəttidir. Hasekedə, Kamışlıda PKK dövlətinin yaradılması qəbuledilməzdir. Türkiyə bununla həm daxilə, həm də xaricə ciddi mesajlar verir. Və bu imkan düzgün dəyərləndirilsə Türkiyə parlamentində PKK-nın qolu olan partiyanın bir Türkiyə partiyası olması təmin edilə bilər”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri