PKK nın tərk silahı üzrə komissiya avqustun 5 də işə başlayacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə parlamentinin Kürd Fəhlə Partiyasının (PKK) tərk-silahı üzrə komissiyasının birinci iclası avqustun 5-nə planlaşdırılıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Numan Kurtulmuş bildirib.
"Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək birinci iclasa dəvət edirəm", - “TRT Haber” telekanalı N.Kurtulmuşdan sitat gətirib.
Xəbər verildiyi kimi, parlamentdə təmsil olunan bütün partiyaların deputatlarından ibarət olan komissiya PKK-nın tərk-silah prosesinin qanunvericilik bazasının hazırlanmasını həyata keçirəcək. Parlamentin payız sessiyasının keçiriləcəyi oktyabr ayına qədər antiterror aktlarına və cəzaların icrası haqqında qanuna dəyişikliklər də daxil olmaqla təkliflərini hazırlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















