Icma.az
close
up
RU
PKK Suriyada silahlı qarşıdurmaya hazırlaşır 50 min terrorçu toplanılıb

PKK Suriyada silahlı qarşıdurmaya hazırlaşır 50 min terrorçu toplanılıb

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

PKK terror təşkilatının Suriya qolu YPG Suriya hökuməti ilə danışıqlar görüntüsü yaradaraq vaxt qazanmağa çalışır və eyni zamanda böyük silahlı qarşıdurmaya hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, YPG terror təşkilatı Deyr əz-Zor, Rəqqa, Təbqə, Ayn İsa, Münbiç, Halsa, Deyr Hafir, Ayn əl-Ərəb, Rasulayn və Tel Abyad bölgələrinə intensiv şəkildə silah, sursat və döyüşçü toplayır. Qeyd olunur ki, təşkilatın hərbi komandanlıq strukturu tamamilə yenilənib. Son aylarda ABŞ-nin dəstəyi azalsa da, İran tərəfindən göstərilən dəstək nəzərəçarpacaq dərəcədə artıb.

Bildirilir ki, İran rejimi və onun xüsusi xidmət orqanları əvvəllər Suriyada yerləşən, lakin 2023-cü ilin sonlarında ölkədən çıxarılan 9 minə yaxın silahlı döyüşçünü yenidən PKK-nın nəzarətindəki ərazilərə gətirib. Eyni zamanda 10 minə yaxın Dürzi və Nusairi mənşəli sivil də Həsəkə bölgəsinə keçərək YPG sıralarına qoşulub.

Qeyd olunur ki, İrandan və İraqdan edilən əlavə qüvvələrlə yanaşı, Livan, Laziqiyyə, Tartus və digər Suriya vilayətlərindən də qatılanlarla birlikdə PKK/YPG-nin döyüşçü sayı 50 mini keçib.

“Bozan R.” kod adlı terrorçu bildirib ki, təşkilat avqust ayında böyük silahlı əməliyyata başlamağı planlaşdırır və bu səbəbdən danışıqlarla Şam hökumətini başaldadaraq hazırlıqlarını gizli şəkildə davam etdirir.

“YPG təşkilatı müxtəlif dini və etnik qrupları – Dürzi, Nusairi, Əzidi, Süryani, İsmaili və digər azlıqları birləşdirərək hərbi birliklər yaradıb. Qısa müddətli təlim keçmiş şəxslər ön cəbhələrə yerləşdirilir. Hər bir döyüşçüyə 300 ABŞ dolları məvacib təyin edilib. Komandanlıq vəzifələrinə isə Qəndildən gətirilmiş təcrübəli PKK üzvləri təyin olunub”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, terror təşkilatı Karakozak-Tişrin bölgəsinə xüsusi önəm verir. Buraya məsul şəxs kimi uzun illərdir PKK-da fəaliyyət göstərən Cemil Habad göndərilib. Məlumata görə, YPG rəhbərliyi SDG sıralarındakı ərəb mənşəli döyüşçüləri etibarsız sayır, lakin “özünüidarə layihəsi” çərçivəsində onları hələlik prosesdə saxlamağa çalışır.

Bildirir ki, Mansura bölgəsi PKK/YPG-nin yeni hücum mərkəzi kimi hazırlanır. Burada böyük həcmdə silah və qüvvə toplanır. SDG rəhbərlərindən İbrahim Abdullah da bildirib ki, təşkilatın hazırkı strategiyası müdafiəyə yox, hücuma yönəlib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri