Icma.az
close
up
RU
PKK Türkiyədən tamamilə çıxdı Ankara üçün YENİ DÖVR

PKK Türkiyədən tamamilə çıxdı Ankara üçün YENİ DÖVR

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Belə ki, qurum Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı Türkiyədən tamamilə çıxdığını elan edib. Təşkilat həmçinin Türkiyə ilə sərhədyanı əraziləri də tərk edəcəyini bildirib.

Bəs, uzun illər Rəsmi Ankaraya itkilər yaşadan, hətta inkişafını axsadan terror qruplaşmasının tərksilah edilməsi Türkiyə üçün hansı perspektivlər vəd edir?

PKK-nın Türkiyə ərazisindən tamamilə çıxdığını elan etməsi regionda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşa biləcəyini göstərir. Bu addım həqiqətən də praktiki olaraq təsdiqini taparsa, Türkiyə üçün həm daxili sabitlik, həm də iqtisadi və sosial inkişaf baxımından tarixi dönüş nöqtəsi ola bilər. Çünki Ankara uzun illərdir bu təşkilatla amansız mübarizə aparırdı. Terrorçular on minlərlə insanın həyatına son qoymuş, insan oğurluğu adi hala çevrilmiş, xüsusilə terrorçuların aktiv olduğu bölgələrin inkişaf tempinə təsir göstərmişdi. Bu səbəbdən PKK-nın məhv edilməsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də sosial və iqtisadi inkişaf üçün yeni fürsət deməkdir.

"KÜRD PROBLEMİ"

PKK-nın qərarı eyni zamanda, Türkiyədə illərlə davam edən "Kürd problemi" məsələsinin silahlı müstəvidən siyasi və dialoq müstəvisinə keçidi üçün də zəmin rolunu oynayır. Bu isə Ankara üçün həm daxildə, həm də beynəlxalq arenada həm demokratik imicini gücləndirmək, həm də ölkəni sosial, siyasi, iqtisadi baxımdan daha da irəli aparmaq üçün mühüm addımdır. Bununla belə, ehtiyatlı yanaşma da zəruridir. Çünki PKK müxtəlif zamanlarda buna oxşar bəyanatlar səsləndirsə də, sonradan bu qərarlar reallığa çevrilməyib. Yəni heç bir halda terrorçulara etibar etmək olmaz. Bu baxımdan, Türkiyə hökumətinin prosesi diqqətlə izləyəcəyi, terrorla mübarizədən tam imtina etmədən diplomatik və sosial həll mexanizmlərini paralel şəkildə idarə edəcəyi şübhə doğurmur.

REGİONAL SİYASƏTƏ TƏSİRLƏR

Regional kontekstdə bu qərar Ankaranın İraq və Suriya siyasətinə də təsir göstərə bilər. PKK-nın Türkiyədən çıxması onun əsas qüvvələrinin həmin ölkələrlə sərhədyanı ərazilərə yönəlməsi ehtimalını gücləndirir ki, bu da yeni təhlükəsizlik balansını gündəmə gətirə bilər. Lakin PKK-nın Türkiyə ilə sərhədyanı ərazilərdən də çəkiləcəyini bəyan etməsi, təşkilatın Türkiyənin sözügedən ölkələrlə sərhədlərindən də gedəcəyini, bunun isə təhlükəsizliklik baxımından mühüm amil olduğunu gündəmə gətirir.

TERRORÇULARI HANSI CƏZA GÖZLƏYİR?

Türkiyə qanunvericiliyinə görə terror fəaliyyəti ağır dövlət cinayəti sayılır və bu fəaliyyətdə iştirak edənlərə verilən hökm ləğv edilə bilməz. Belə ki, Türkiyədə Konstitusiya terrorizmlə mübarizədə əsas hüquqi çərçivəni müəyyən edir: bu çərçivə terror cinayətlərini və onların cəzalarını müəyyən edən xüsusi qanunları (xüsusilə 3713 saylı Terrorla Mübarizə Qanunu) və Konstitusiyanın ilk 3 maddəsinin dəyişdirilməsini qadağan edən müddəanı əhatə edir. Terror cinayəti kimi qiymətləndirilən əməllər və bu əməllərə görə tətbiq olunan cəzalar terror təşkilatının təbliğatını aparmaq, terror təşkilatına üzv olmaq kimi cinayətləri əhatə edir və bunlar üçün müxtəlif həbs cəzaları nəzərdə tutulur. Beləliklə, Konstitusiyanın ilk 3 maddəsi (dövlətin forması, respublikanın xüsusiyyətləri və ölkə ilə millətin bölünməzliyi) dəyişdirilə bilməz və bu, konstitusion təminat altındadır. Lakin PKK-nın bu addımı siyasi prosesin başlanğıcı kimi qəbul olunsa, hökumət sülh və milli barışıq çərçivəsində məhdud amnistiya mexanizmini müzakirəyə çıxara bilər. Bu isə ancaq əli qana batmamış, yəni birbaşa terror aktında iştirak etməmiş şəxslərə aid ola bilər.

CƏMİYYƏTİN REAKSİYASI

Türkiyə ictimaiyyəti üçün bu məsələ son dərəcə həssasdır. On minlərlə ailə terrorun qurbanı olub. Bu səbəbdən hökumətin amnistiya qərarında ictimai rəyi nəzərə alacağı sirr deyil. Çünki hər hansı güzəşt PKK-nın tam tərksilahı, xarici qüvvələrlə əlaqələrinin kəsilməsi və dövlətə təhlükə yaratmayacağına dair əminlik kimi şərtlərlə mümkündür. Yəni terrorçular fəaliyyətini dayandırıb deyə, onların dərhal azadlığa çıxması gözlənilmir. Bununla yanaşı, terror təşkilatının tərksilah edilməsi ilə Türkiyənin daha da inkişafı da şübhəsizdir.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri