Icma.az
close
up
RU
“Plan həm Rusiya, həm də NATO üçün bir növ “dondurma” mexanizmini nəzərdə tutur” TURAN RZAYEV

“Plan həm Rusiya, həm də NATO üçün bir növ “dondurma” mexanizmini nəzərdə tutur” TURAN RZAYEV

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Planın mətni bir sıra diqqətçəkən xüsusiyyətlər göstərir ki, bunlar həm Moskvanın, həm Kiyevin, həm də NATO və Avropa İttifaqı üçün potensial nəticələr doğurur”.
ABŞ prezidenti Donald Tramp Administrasiyasının Ukrayna ilə bağlı 28 bənddən ibarət sülh planını şərh edən politoloq Turan Rzayev Hurriyyet.az-a deyib ki, sənədin əsasında duran əsas arqument Ukraynanın suverenliyinə hörmət prinsipidir: “Trampın planı faktiki olaraq beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörməti sülh prosesinin mərkəzi elementi kimi qəbul edir. Lakin bu hörmət yalnız formal deyil, onu təmin edəcək mexanizmlər  həm Rusiya ilə təhlükəsizlik zəmanətləri, həm də ABŞ-ın vasitəçiliyi ilə beynəlxalq monitorinq sənədə daxil edilib. Bu, planın konseptual mahiyyətini göstərir: sülh təkcə kağız üzərində deyil, həm də praktik tədbirlər vasitəsilə qorunmalıdır”.
“Maraqlıdır ki, plan həm Rusiya, həm də NATO üçün bir növ “dondurma” mexanizmini nəzərdə tutur. Ukrayna NATO-ya qoşulmayacaq, NATO qoşunları Ukraynada yerləşdirilməyəcək, ABŞ və Rusiya isə təhlükəsizlik məsələlərini dialoq yolu ilə həll edəcəklər. Bu yanaşma bir tərəfdən Rusiyanın geosiyasi narahatlıqlarını, digər tərəfdən isə Ukraynanın suverenliyini balanslaşdırmağa çalışır. Burada nəzərə çarpan xüsusiyyət odur ki, plan Moskvaya Ukrayna üzərində hərbi üstünlük əldə etmək imkanı vermir, lakin həm də Kiyevə NATO tərəfindən hərbi müdafiə təminatı və zəmanət vermir. Bu, maraqlı bir strateji balans yaratmaqla, ABŞ-ın vasitəçilik rolu üzərində dayanır”-deyə politoloq əlavə edib.
T. Rzayevin fikrincə, planın iqtisadi və texnoloji komponentləri də diqqətçəkəndir: “Ukraynanın bərpası üçün qlobal maliyyə paketi, “Ukraynanın İnkişaf Fondu”nun yaradılması, texnologiya, süni intellekt, enerji və infrastruktur sahələrinə sərmayə yatırılması planı, həmçinin ABŞ-ın qaz infrastrukturuna birbaşa dəstək verməsi bu planı yalnız siyasi deyil, həm də iqtisadi transformasiya sənədi kimi göstərir. Bu yanaşma faktiki olaraq, Ukraynanın postmüharibə dövründə iqtisadi təhlükəsizliyini təmin etməyi və dövlət institutlarını möhkəmləndirməyi nəzərdə tutur. Həm də Rusiya üçün ciddi siqnal verir: Ukraynanın bərpasında ABŞ və Avropa İttifaqının aktiv iştirakı Moskvanın regiona təsirini əhəmiyyətli dərəcədə azalda bilər”.
T.Rzayevin sözlərinə görə, sülh planının geosiyasi aspektləri də diqqət çəkir: “Rusiya dünya iqtisadiyyatına reinteqrasiya olunur, sanksiyaların mərhələli aradan qaldırılması nəzərdə tutulur, ABŞ və Rusiya enerji, resurslar və yüksək texnologiyalar sahəsində əməkdaşlıq sazişi imzalayacaq, Rusiya isə G8-ə dəvət olunacaq. Bu müddəalar bir tərəfdən Moskvanın uzunmüddətli qlobal statusunu qorumağa imkan verir, digər tərəfdən isə ABŞ-ın vasitəçilik funksiyası ilə qlobal balansın tənzimlənməsinə şərait yaradır. Burada diqqətçəkən nüans odur ki, plan Rusiya ilə əməkdaşlığı iqtisadi və texnoloji sahələrə yönəldərək hərbi gərginliyi azaltmaq və qlobal sabitliyi qorumaq məqsədi daşıyır”.
Planın təhlükəsizlik mexanizmlərinin də strateji baxımdan əhəmiyyətli olduğunu vurğulayan T. Rzayev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması, nüvəsiz dövlət statusunun təsdiqlənməsi və Zaporojye Atom Elektrik Stansiyasının (AES) Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında idarə olunması kimi müddəalar, həm regional təhlükəsizliyi, həm də nüvə yayılmasının qarşısını almağı hədəfləyir: “Bu müddəalar həm də Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq, hərbi balansın pozulmasının qarşısını almaq məqsədini daşıyır. Ərazi məsələlərinə dair müddəalar, yəni Krım, Donetsk və Luqanskın de-fakto Rusiyanın tərkibində tanınması, Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin “dondurulmuş” vəziyyətdə qalması, münaqişə nəticəsində işğal edilmiş ərazilərin bir hissəsindən imtina və sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyinə dair öhdəlik, planın balanslı və pragmatik yanaşmasını göstərir. Bu müddəalar, həm Rusiya, həm də Ukrayna üçün siyasi və hüquqi stabilizasiya mexanizmi təqdim edir, eyni zamanda münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün hüquqi baza yaradır”.
T.Rzayev qeyd edib ki, plan humanitar komponentləri ilə də diqqət çəkir: “Əsirlərin mübadiləsi, ailələrin birləşdirilməsi, təhsil və tolerantlıq proqramlarının tətbiqi, nasist ideologiyasına qarşı qadağaların gücləndirilməsi kimi müddəalar, müharibənin sosial və mədəni nəticələrinin aradan qaldırılmasını hədəfləyir. Bu yanaşma, yalnız hərbi və siyasi sülhü deyil, həm də uzunmüddətli sosial stabilliyi nəzərdə tutur ki, bu da Ukraynanın postmünaqişə transformasiyasında kritik rol oynayır. Planın idarəetmə və icra mexanizmləri də diqqətçəkəndir. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə “Sülh Şurası”nın yaradılması, razılaşmanın icrasına nəzarət və pozuntulara görə sanksiyaların tətbiqi mexanizmi, sənədin sadəcə kağız üzərində qalmasının qarşısını almağa yönəlib. Bu mexanizm həm də ABŞ-ın qlobal vasitəçilik funksiyasını möhkəmləndirir, eyni zamanda regional aktorların hərəkətlərini nəzarətdə saxlamağa imkan verir”.
Planın effektivliyini qiymətləndirən T. Rzayev bir neçə mühüm aspekti də nəzərə çatdırıb: “Birincisi, sənəd həm ABŞ, həm Rusiya, həm Ukrayna, həm də NATO üçün qarşılıqlı öhdəlikləri ehtiva edir, lakin bu öhdəliklərin icrası beynəlxalq siyasətdə praktik çətinliklər doğura bilər. İkincisi, planın uğuru böyük ölçüdə ABŞ və Avropa İttifaqının vasitəçilik qabiliyyətindən asılıdır. Əgər bu vasitəçilik zəifləsə, planın müddəaları reallığa çevrilməyə bilər. Üçüncüsü, Rusiya üçün ərazi məsələləri və nüvə statusu kimi kompromislər daxili siyasətdə gərginlik yarada bilər ki, bu da sənədin icrasına təsir edə bilər. Digər tərəfdən, planın qlobal nəticələri də əhəmiyyətlidir. Rusiya ilə ABŞ arasında əməkdaşlığın genişlənməsi, sanksiyaların mərhələli aradan qaldırılması və enerji, texnologiya sahəsində tərəfdaşlıq, qlobal iqtisadi və geosiyasi balansın bərpasına yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Eyni zamanda, plan Avropa Birliyinin Ukrayna ilə iqtisadi inteqrasiyasını təmin edir və Avropa bazarına güzəştli çıxış imkanları yaradır. Bu isə regional iqtisadi sabitliyi dəstəkləyir. Bütün bu müddəalar göstərir ki, Trampın sülh planı yalnız hərbi və siyasi sülhün deyil, həm də iqtisadi, sosial və geosiyasi balansın bərpasını hədəfləyir. Planın uğuru, əlbəttə ki, iştirakçı dövlətlərin iradəsi və beynəlxalq nəzarət mexanizmlərinin effektivliyindən asılıdır. Lakin konseptual olaraq sənəd Ukrayna münaqişəsinin uzunmüddətli həlli üçün bütün əsas komponentləri birləşdirən çox aspektli və innovativ yanaşma təqdim edir”.
CAVİD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see530

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see348

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see194

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see171

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see166

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see154

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see148

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see146

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see143

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see140

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see137

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see137

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri