Icma.az
close
up
RU
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək

Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək.  

“Qafqazinfo” xəbər verir ki, Plasido Dominqonun Heydər Əliyev Mərkəzindəki repertuarı maraqlı anlarla, o cümlədən Azərbaycan mahnısının ifası ilə yadda qalacaq. 

P. Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmiş və bu ifasını ulu öndər Heydər Əliyevə ithaf etdiyini demişdi. 

Əfsanəvi tenorun Bakı konsertinə biletlər tezliklə iTicket.az kassalarında və  saytında satışda olacaq.  

66 illik musiqi fəaliyyəti dövründə Plasido Dominqo dünyanın ən tanınmış səhnələrində təxminən 150 əsas opera partiyasının ifaçısı olub. Dominqo həm də dirijor kimi tanınır. Repertuarında 100-dən çox tammetrajlı opera tamaşası, solo yazıları və duetlər var. Dəfələrlə məşhur Metropoliten-operanın mövsümünün açılışını edərək, digər tanınmış opera ifaçısı Karuzonun rekordunu vurub keçməyə nail olub. 

İspaniyada doğulan Plasiqo Dominqo 7 yaşında ikən valideynləri ilə Meksikaya köçüb. 14 yaşında artıq Mexikodakı Milli Konservatoriyaya qəbul olunub və vokalla yanaşı dirijorluq, eyni zamanda fortepiano üzrə təhsil alıb. Müğənni kimi onun ilk çıxışı 16 yaşında valideynlərinin truppasında “Riqoletto” operasında olub. 27 yaşında ikən Metropoliten-operanın səhnəsində debütunü edib. Həmin vaxtdan 40 il ərzində bu məşhur səhnənin bir mövsümü belə Dominqonun iştirakı olmadan keçməyib. 
1969-cu ildə 28 yaşlı tenor Avropa və Amerika səhnələrini fəth edir. Verona, Madrid, San-Fransisko, Bavariya, Paris, Zaltsburq, Nyu-York və digər məşhur səhnələrdə çıxış edən Plasido Dominqonun Monserrat Kabalye ilə dueti isə dünyanın ən populyar duetləri sırasında yer alır. 

Plasidonun bir çox musiqi albomları milyonlarla turajda satılır. O, “Grammy”, “Emmy” və digər mükafatların sahibidir. Onun adı ən uzunmüddətli alqış sahibi kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Belə ki, 1991-ci ildə “Otello” tamaşasından sonra Vyanada tamaşaçılar onu 80 dəqiqə ərzində alqışlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri