Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Səhiyyə Nazirliyi plastik cərrahların ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsi ilə bağlı xəbərlər yayılıb.

Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır
09 Dekabr 2024 16:17

