Icma.az
close
up
RU
Plastik cərrahlarla bağlı 12 şikayət DAXİL OLUB RƏSMİ

Plastik cərrahlarla bağlı 12 şikayət DAXİL OLUB RƏSMİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ilin əvvəlindən başlayaraq plastik cərrahiyyə mövzusu gündəmdədir. Hüquq-mühafizə orqanları plastik cərrahlara saxta sertifikat verən bir sıra məmurlara qarşı əməliyyat aparıb. 

Dövlət qurumları plastik cərrahları yenidən qeydiyyata alıb və 42 nəfərə bu sahədə işləmək üçün icazə verilib. Ancaq yenə sosial mediada və mətbuatda plastik cərrahlarla bağlı şikayətlər bitmək bilmir.

Modern.az plastik cərrahlarla bağlı şikayətlərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Qurumun Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin son altı ayında Mərkəzə plastik cərrahiyyə ilə bağlı 12 rəsmi müraciət daxil olub.

Qeyd olunur ki, şikayətlər əsasən blefaroplastika əməliyyatı, həkimin sertifikatının olub-olmaması barədə, rinoplastika, tibbi təhsil olmadan həkim kimi işlə bağlı, otoplastika, lor həkimi olmasına baxmayaraq, saxta sənədlərlə plastic cərrah kimi çalışması və s. olub. 

"Bütün bu müraciətlər araşdırılıb və operativ şəkildə plandankənar yoxlamalar açılıb və qanunvericiliyə uyğun müvafiq addımlar atılıb", - Mərkəzdən verilən məlumatda deyilir.

Əlavə olaraq məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Belə hallarda zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri