Icma.az
close
up
RU
Plastik kartların sehrli gücü...

Plastik kartların sehrli gücü...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dövrdə bank kartları gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər yalnız nağd vəsaitlə həyata keçirilən bir çox əməliyyatlar bu gün plastik kartlar vasitəsilə daha sürətli, təhlükəsiz və rahat şəkildə icra olunur. Azərbaycanda da bu tendensiya son illərdə sürət qazanıb, bank kartlarının sayı əhəmiyyətli dərəcədə artıb.

Bu inkişaf yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda iqtisadi sabitlik, maliyyə savadlılığının artması və rəqəmsallaşma siyasəti ilə birbaşa əlaqəlidir. Bank kartlarının geniş yayılması, xüsusilə alış-veriş mədəniyyətinə yeni nəfəs verib. İstər mağazalarda, istərsə də onlayn platformalarda kartla ödənişlərin artması həm istehlakçı davranışına, həm də ticarət sektorunun inkişafına ciddi təsir göstərib.

Kartla ödənişlər vətəndaşlara alış-veriş zamanı sürət, təhlükəsizlik və şəffaflıq təmin edib. Bu isə öz növbəsində nağd pul dövriyyəsini azaldıb, qeyri-rəsmi ticarət dövriyyələrinin qarşısını alıb və satışların uçotunu asanlaşdırıb. Eyni zamanda, kartla alış-veriş imkanlarının genişlənməsi rəqəmsal ticarətin böyüməsinə şərait yaradıb, yerli sahibkarlara daha geniş bazarlara çıxmaq imkanı verib.

Bank kartlarının istifadəsi ilə alış-veriş daha planlı və rahatdır. Xərclərin təqibi, endirim və bonus kampaniyalarından yararlanmaq, onlayn ödənişlərə açılan imkanlar və beynəlxalq ticarətə çıxış kimi üstünlüklər kart sahiblərinin gündəlik həyatını asanlaşdırıb, eyni zamanda iqtisadi dövriyyənin şəffaflığını artırıb.

Azərbaycanda nağdsız ödənişlər və ödəniş kartlarının istifadəsi ilbəil sürətlə artmaqdadır. Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, 2025-ci ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 460 min ədədə çatıb. Bu, keçən ayla müqayisədə 221 min ədəd artım deməkdir. Ötən ilin mart ayı ilə müqayisədə isə bu göstərici 17,4 faiz artıb. Artım əsasən debet kartları üzrə baş verib – 20,1 faiz. Ödəniş kartlarının sayı hər il sürətlə artır və artıq əhalinin sayından 2 dəfə çox kart mövcuddur.

Ödəniş kartlarının artması həmçinin nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Mart ayında nağdsız ölkədaxili əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə artıb. 2025-ci ilin mart ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin ümumi həcmi 6,6 milyard manat təşkil edib. Bu ödənişlərin 5,7 milyard manatı elektron ticarət əməliyyatlarının payına düşür. Bu dövrdə POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatlar 890 milyon manat və özünə xidmət terminalları vasitəsilə isə 2,5 milyon manat təşkil edib.

Bu statistika nağdsız ödənişlərin ölkə iqtisadiyyatında getdikcə daha böyük rol oynadığını göstərir. 2025-ci ilin əvvəlindən, ödəniş kartları ilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67 faizini təşkil edir. 

2024-cü ildə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2023-cü illə müqayisədə 39 faiz artaraq 122,9 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 61 faiz artaraq 78,9 milyard manat olub.

Plastik kart istifadəsindəki artımın əsas səbəblərindən biri ölkədə iqtisadiyyatın tədricən rəqəmsallaşmasıdır. Dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər, xüsusilə də “ƏDV geri al” mexanizmi vətəndaşları plastik kartlarla alış-verişə sövq edir. Bu mexanizm vasitəsilə vətəndaşlar pərakəndə satış və ictimai iaşə obyektlərində ödədikləri ƏDV-nin bir hissəsini geri alırlar. Hətta cüzi məbləğdə belə olsa, bu geri qaytarma vətəndaşları satıcılardan kartla ödəniş qəbul etməyi tələb etməyə vadar edir. Bu isə, öz növbəsində, kölgə iqtisadiyyatının azaldılmasına və vergi daxilolmalarının artmasına şərait yaradır.

Son illərdə elektron ticarətin artması, xüsusilə pandemiya dövründə nağd puldan istifadənin məhdudlaşması, vətəndaşların alış-veriş vərdişlərinə əhəmiyyətli təsir göstərdi. Artıq bir çox vətəndaşlar istər ölkədaxili, istərsə də beynəlxalq alış-veriş zamanı bank kartlarına üstünlük verirlər. Onlayn alış-verişin sürətlə inkişaf etməsi, kartla ödənişlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə səbəb olub.

Plastik kartlardan istifadə təkcə rahatlıq deyil, həm də maliyyə təhlükəsizliyi və şəffaflıq deməkdir. Nağd pulun itirilməsi və oğurlanması riskindən fərqli olaraq kart vasitəsilə vəsaitlər daha yaxşı qorunur. İtki və ya oğurluq halında kart dərhal bloklana bilər. Bundan əlavə kart istifadəçiləri xərclərini mobil bankçılıq vasitəsilə real vaxt rejimində izləyə bilir, bu da şəxsi və ailə büdcəsinin idarə olunmasına kömək edir.

Plastik kartla ödənişlərin genişlənməsi nəticəsində vergi nəzarəti güclənir, satış və xidmət əməliyyatları rəsmi şəkildə qeydə alınır. Bu, vergi bazasının genişlənməsinə, dövlət büdcəsinə daxilolmaların artmasına və sosial layihələrin maliyyələşdirilməsində əlavə imkanların yaranmasına səbəb olur. Nağdsız ödənişlərin iqtisadi dövriyyədə xüsusi çəkisinin artması həmçinin biznes mühitinin şəffaflaşmasına və maliyyə intizamının möhkəmlənməsinə zəmin yaradır.

Oxşar proses nəinki təkcə Azərbaycanda qlobal miqyasda da müşahidə olunur. Plastik kartlarla alış-veriş əməliyyatları həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yeni normaya çevrilməkdədir. 

2024-cü ildə plastik kartlarla həyata keçirilən alış-verişlərin ümumi həcmi 48,67 trilyon dollara çatıb. Bu, əvvəlki illərlə müqayisədə rekord göstərici hesab olunur. Təkcə ABŞ-da bu rəqəm 10,6 trilyon dolları ötüb. 

Avropa İttifaqı ölkələrində də oxşar dinamika müşahidə olunur — xüsusilə Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə kart ödənişlərinin payı ümumi alış-verişlərin yarıdan çoxunu təşkil edir.

Avropa Mərkəzi Bankının məlumatına əsasən, 2024-cü ilin birinci yarısında kartla həyata keçirilən əməliyyatlar bütün nağdsız ödənişlərin 56 faizini təşkil edib. 

İsveç uzun illərdir ki, nağdsız ödənişlərin lideri hesab olunur. 2024-cü ildə İsveçdə ümumi ticarət əməliyyatlarının təxminən 59 faizi nağdsız ödənişlərlə, əsasən plastik kartlarla həyata keçirilib. Ölkə, nağd pul istifadəsini minimuma endirmək məqsədilə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və hər il nağdsız ödənişlərin payı artmaqdadır. İsveçdə bəzi mağazalar artıq nağd pulu qəbul etmir, yalnız kartla ödəniş edilir.

Statista portalının məlumatına görə Kanada nağdsız ödənişlərin artdığı ölkələrdəndir. 2024-cü ildə Kanadada ümumi ticarət əməliyyatlarının 57 faizi nağdsız üsullarla, əsasən plastik kartlarla həyata keçirilib. Burada həm kredit kartları, həm də debet kartları geniş istifadə olunur və mobil ödəniş texnologiyalarının artan populyarlığı da bu sahədəki inkişafı dəstəkləyir.

Çin rəqəmsal ödəniş sistemlərinin ən sürətlə inkişaf etdiyi ölkələrdən biridir. 2024-cü ildə plastik kartlarla edilən ödənişlərin ümumi ticarətdəki payı 45 faizə çatıb. Çində Alipay və WeChat Pay kimi mobil ödəniş sistemləri çox məşhurdur. 

Türkiyə də plastik kartların geniş istifadə olunduğu ölkələrdəndir. 2024-cü ildə Türkiyədə ümumi ticarət əməliyyatlarının 40 faiz nağdsız ödənişlərlə yerinə yetirilib. Türkiyədə nağdsız ödənişlərə keçid sürətlənməkdədir və bu, gələcəkdə daha da artacaq.

Rusiya da nağdsız ödənişlər sahəsində inkişaf edən ölkələrdəndir. 2024-cü ildə Rusiya iqtisadiyyatında plastik kartlarla edilən ödənişlərin ümumi ticarətdəki payı 45 faiz təşkil edib. 

Analitiklərin proqnozlarına görə, qarşıdakı illərdə plastik kartlarla ödənişlərin artımı davam edəcək. 2028-ci ilə qədər qlobal kredit kartı bazarının həcminin 1,4 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Eyni zamanda, banklar və texnologiya şirkətləri təhlükəsizliyi və istifadəçi təcrübəsini artırmaq üçün innovativ həllərə yönəlməkdədir. Proqnozlara görə 2030-cu ilə qədər dünyada ödənişlərin 70 faizdən çoxu nağdsız formatda həyata keçiriləcək və plastik kartlar bu prosesdə mühüm vasitə olaraq qalacaq. Kartların biometrik autentifikasiya, çoxvalyutalı dəstək və süni intellektlə inteqrasiya kimi texnologiyalarla təchiz olunması bu tendensiyanı daha da sürətləndirəcək.

Son illərdə bank kartlarına və nağdsız ödəniş sistemlərinə qarşı kiberdələduzluqların artması, ticarət sahəsi və maliyyə sektoru üçün ciddi təhlükələr yaratmağa başlayıb. Plastik kartlarla ödənişlərin gündəlik həyatda daha çox istifadə olunması, cinayətkarların da diqqətini cəlb edir və bank kartı məlumatlarının oğurlanması, saxta kartların yaradılması, habelə onlayn fırıldaqçılıqların sayının artması kimi problemlər gündəmə gəlir. Bu cür halların artması yalnız istifadəçiləri deyil, həm də bankları, ticarətçiləri və ümumilikdə iqtisadiyyata mənfi şəkildə təsir edə bilər.

Kiberdələduzluğun artması, bank kartlarına müdaxilələr və nağdsız ödənişlərin təhlükəsizliyinə dair narahatlıqlar, yalnız fərdi istifadəçilər üçün deyil, həm də banklar, ticarətçilər və ümumilikdə iqtisadiyyat üçün ciddi təhlükələr yaradır. Bu təhlükələrə qarşı mübarizənin əsas yolu daha güclü təhlükəsizlik protokolları tətbiq etmək, istifadəçiləri maarifləndirmək və kiberdələduzluqlarla mübarizədə qabaqcıl texnologiyalardan istifadə etməkdir. Əks halda, bu proseslər iqtisadiyyatda geriləmələrə və itkilərə səbəb ola bilər. Nağdsız ödənişlərin təhlükəsizliyini təmin etmək və insanların etibarını qazanmaq, gələcəkdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün vacibdir.

Banklar və ödəniş provayderləri kiberdələduzluqlarla mübarizə aparmaq və istifadəçi məlumatlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artırmaq məcburiyyətində qalacaqlar. Bu əlavə xərclərin yaranmasına və xidmətlər üzərində əlavə təzyiqin yaranmasına səbəb olacaq. Yeni təhlükəsizlik texnologiyalarının tətbiqi kiber hücumlara qarşı mübarizə aparmaq üçün daha güclü infrastruktur qurulması və mütəmadi yoxlamalar əlavə maliyyə yükü yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see205

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see151

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see136

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see128

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see128

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see124

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see122

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see122

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see122

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see122

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see121

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see119

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see118

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see118

Qoz hansı xəstəliyin riskini azaldır? Həkim açıqladı

07 May 2025 00:53see117

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see117

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see117

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see114

Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

07 May 2025 08:48see113

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri