Icma.az
close
up
RU
Plastikdən istifadəni azaldaq: Yerli səylər, qlobal təsirlər mövzusunda tədbir keçirilib

Plastikdən istifadəni azaldaq: Yerli səylər, qlobal təsirlər mövzusunda tədbir keçirilib

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli parkında 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr olunan "Plastikdən istifadəni azaldaq: Yerli səylər, qlobal təsirlər" mövzusunda təşkil olunan tədbir keçirilib.

Tədbir çərçivəsində "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "Yapı Kredi Bank Azərbaycan", "Global Media Group", "Araz" supermarketlər şəbəkəsi, "ECOhub" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq "Card to ART" (Kartdan Sənətə) sosial layihəsinin təqdimatı olub. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərərk ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Statistik məlumatlara görə, Azərbaycanda təxminən 16 milyon, dünyada isə 30 milyarddan çox plastik kart insanların istifadəsindədir. Bu kartların istifadə müddəti bitdikdə tullantıya çevrilərək ətraf mühitə mənfi təsir göstərir. Bu növ tullantıların çürüyüb torpağa qarışması yüz illərlə vaxt tələb edir. "Card to ART" (Kartdan Sənətə) sosial layihəsi bu problemin qarşısını müəyyən səviyyədə almağa yönəlib.

Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Tullantıdan Sənətə" muzeyində təşkil ediləcək "Card to ART" sərgisində ziyarətçilərə təqdim olunacaq.

Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan "Card to ART" sosial layihəsi davam etdiyi müddət ərzində xidmətində plastik kartdan istifadə edən bütün tərəflər layihəyə qoşula və korporativ məsuliyyət proqramına uyğun olaraq dəstək verə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri