Icma.az
close
up
RU
Pley offun ilk 9 iştirakçısı məlumdu

Pley offun ilk 9 iştirakçısı məlumdu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina çempionatının Apertura (açılış) mərhələsinin 16-cı turunda qeydə alınan nəticələrdən sonra qrup liderləri mövqeyini qorudular. Vurğulanası əsas məqam isə 1/8 finala ayrılan 16 vəsiqədən 9-nun sahibinin məlum olmasıdı.

A qrupunda əvvəlki turda liderliyə yüksələn “Estudiantes” evdə “Talyeres de Kordoba”dan yalnız bir xal ala bildi. Ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu olan La Plata klubu tura 4-cü yerdə başlayan Karlos Tevesin komandası ilə qolsuz heç-heçəyə razılaşdı. Bu nəticə Aleksander Medinanın komandasını 28 xala 1-ci pillədə saxladı. “Talyeres de Kordoba” isə 4-cü yerdə qaldı. Hər iki komanda qrup mərhələsinin sonuna bir tur qalmış 1/8 finala vəsiqə qazandı.
15-ci turda liderliyi itirən “Veles Sarsfild” yenə büdrədi. Gilyermo Barros Skelottonun komandası evdə “Union”la 2:2 hesablı “sülh”ə razılaşdı. Növbəti iki xal itkisi “Veles”ə 2-ci yeri itirmək bahasına başa gəldi. Buna baxmayaraq, 3-cü yerə düşən paytaxt təmsilçisi pley-offa çıxdı.
“Veles”in əsas izləyicisi turu maksimum nəticə ilə başa vurdu. A qrupunda 3-cü yerdə olan “Boka Xuniors” uğurlu oyunlar seriyasını davam etdirir. Əvvəlki turda “Superklasiko”da əzəli rəqibi “River Pleyt”ə minimal hesabla qalib gələn Klaudio Ubedanın komandası səfərdə “Defensa y Xustisiya”nın qapısından 4 cavabsız top keçirdi. İnamlı qələbə “Boka”nı A qrupunda topların daha yaxşı fərqinə əsasən 2-ci yerə çıxardı. Finişə bir tur qalmış lider “Estudiantes”dən yalnız bir xal geri qalan ölkə nəhəngi də 1/8 finala çıxdı.
Bu qrupda tura 5-ci yerdə başlayan “Lanus” öz meydanında “Sentral Kordoba” ilə qolsuz heç-heçəyə razılaşdı. İki xal itkisinə baxmayaraq, lanuslular da 1/8 finalda oynamaq hüququ qazandılar. Başqa sözlə, A qrupunda sonuncu turda pley-offa üç vəsiqənin sahibi müəyyənləşəcək.
B qrupunun daimi lideri “İndependyente Rivadaviya” 14-cü turda 1/8 finala ilk vəsiqənin sahibi olmuşdu. Mendosalılar sonuncu turun “Banfild”lə səfər oyununda (0:0) qələbə seriyasını 5 oyuna çatdıra bilməməyin əvəzini evdə “Ximnasiya”dan çıxdılar. Qonaqlar hesabı ilk dəqiqədəcə açsalar da, qalan vaxtda qapılarında 5 cavabsız qol gördülər. 5:1 hesablı qələbə Alfredo Bertinin komandasının mövqeyini möhkəmləndirdi: “İndependyente Rivadaviya” qrup mərhələsinin sonuna bir tur qalmış əsas izləyiciləri “River Pleyt” ilə “Arxentinos Xuniors”u 4 xal qabaqlayır. Bu isə Bertinin komandasının pley-offa qrup lideri kimi çıxacağı deməkdi.
Hesabat turuna hərəyə 26 xal toplamaqla 2-3-cü yerlərdə başlayan hər iki komanda da qələbə qazandı. “River Pleyt” “Superklasiko”dakı məğlubiyyətin acığını “Aldosivi”dən çıxdı. 3:1 hesablı qələbə Eduardo Kudetin komandasına 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazandırdı. “Arxentinos Xuniors” isə “Atletiko Urakan” üzərində 2:1 hesablı qələbə ilə 3-cü yerdə qalmaqla 1/8 finala çıxdı.
Bu qrupda tura 4-cü yerdə başlayan “Rosario Sentral” da azarkeşlərini sevindirdi. Rosariolular Rio Kuartoda “Estudiantes”ə 2:1 hesabıyla qalib gələrək mövqeyini qorumaqla pley-offda iştirak hüququ qazandılar.
Deməli, sonuncu turda B qrupunda 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşəcək. Vitse-çempion statusunu daşıyan “Rasinq” hələ ki pley-offa vəsiqə qazana bilməyib. Hesabat turunda evdə “Barrakas Sentral” ilə 1:1 hesabına razılaşan avelyanedalılar B qrupunda 9-cu yerə yüksəldilər. Onların aqibəti “Atletiko Urakan” ilə ev oyununda müəyyənləşəcək.
A qrupu
1. Estudiantes LP 15 8 4 3 17-7 28
2. Boka Xuniors 15 7 6 2 20-8 27
3. Veles Sarsfild 15 7 6 2 17-11 27
4. Talyeres de Kordoba 15 7 4 4 16-12 25
5. Lanus 15 6 5 4 18-15 23
6. San Lorenso 15 5 7 3 13-12 22
7. İndependyente 15 5 6 4 22-19 21
8. Union 15 5 4 5 23-19 20
9. Defensa y Xustisiya 15 4 7 4 17-19 19
10. İnstituto 15 5 3 7 15-17 18
11. Platense 15 3 7 5 10-13 16
12. Ximnasiya M 15 4 4 7 12-21 16
13. Sentral Kordoba 15 4 4 7 10-19 16
14. Nyuellz Old Boyz 15 3 5 7 14-26 14
15. Deportivo Riestra 15 1 7 7 5-12 10
B qrupu
1. İndependyente Rivadaviya 15 10 3 2 28-14 33
2. River Pleyt 15 9 2 4 22-11 29
3. Arxentinos Xuniors 15 8 5 2 17-11 29
4. Rosario Sentral 15 8 3 4 19-15 27
5. Belqrano 15 6 5 4 13-13 23
6. Ximnasiya LP 15 7 2 6 17-19 23
7. Atletiko Urakan 15 5 6 4 17-13 21
8. Barrakas Sentral 15 5 6 4 14-13 21
9. Rasinq 15 5 5 5 17-15 20
10. Tiqre 15 4 7 4 17-14 19
11. Sarmyento 15 6 1 8 13-16 19
12. Banfild 15 4 3 8 15-18 15
13. Atletiko Tukuman 15 2 5 8 14-20 11
14. Aldosivi 15 0 7 8 5-18 7
15. Estudiantes RK 15 1 2 12 5-22 5
Bombardirlər: Avalos (İndependyente) - 9, X.Kaysedo (Atletiko Urakan) - 8.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri