Icma.az
close
up
RU
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən 525-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 10:00 və 16:00-da başlayacaq. Bakı şəhərində hər növbə üzrə 760 yer, Naxçıvan şəhərində hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 16 mart saat 16:00-dan 5 aprel saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 10:00-da başlayacaq);

2. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 2025-ci il 19 iyun tarixli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.

Hər bir sertifikat növü üzrə imtahan proqramları Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri