PMS imtahanının II mərhələsinin yekun nəticələri ELAN OLUNDU
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il dekabrın 21-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.
DİM-dən Bizim.Media-ya bildirilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar.
Hazırda isə yazılı cavab tələb edən tapşırıqların nəticələri daxil olmaqla yekun imtahan nəticəsi təqdim olunub. İmtahan iştirakçıları DİM-in internet saytında yekun imtahan nəticələri ilə tanış ola bilərlər.
İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 988 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 550 nəfər uğur əldə edib.
Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər müraciətlərini yanvarın 20-dən 24-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır.
Müvəffəqiyyət şərtləri:
I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı
II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.
İmtahanlarda sertifikat əldə etmiş namizədlərin nəzərinə çatdırılır ki, müvafiq sertifikatlar hazır olandan sonra onlara bu barədə məlumat veriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Yanvar 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















