Pokrovskda şəhər döyüşləri: Ukrayna əlavə qüvvələr göndərdi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Pokrovskın müdafiəsi gücləndirilib və Ukrayna ordusu şəhərdəki rus hərbçilərinə qarşı fəal şəkildə mübarizə aparır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib.
Bildirilib ki, qüvvə və texnika baxımından sayca üstün olduqları üçün Pokrovska girməyi bacaran rus hərbi qrupları ilə şəhər döyüşləri davam edir.
Məlumata görə, Ukraynanın mövqeləri hücum qüvvələri, artilleriya, PUA ekipajları və digər bölmələrlə gücləndirilib.
“Şəhərə daxil olan ruslar mövqelərini möhkəmləndirməyə çalışmırlar, əksinə daha da şimala doğru irəliləmək niyyətindədirlər. Bununla düşmən Ukrayna məhv etmək və şəhərə quru yolu ilə gedən logistika dəhlizlərini bağlamaq istəyir”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















