Icma.az
close
up
RU
Pokrovskın itirilməsi Ukraynanı daha çətin vəziyyətə salacaq

Pokrovskın itirilməsi Ukraynanı daha çətin vəziyyətə salacaq

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Bu yaxınlarda internetdə Rusiya qoşunlarının duman örtüyü altında motosiklet, araba və avtomobillərlə Pokrovska daxil olduğunu göstərən video yayılıb. Kadrlar Ukraynanın cənub-şərqində yerləşən mühüm nəqliyyat və dəmir yolu qovşağının süqut ərəfəsində olması barədə narahatlıqları daha da artıb.
Reyting.az
xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Jurnalistlərin yazdıqlarına görə, strateji əhəmiyyətli şəhər bir ildən artıqdır ki, mühasirə vəziyyətindədir və Ukraynanın şərqində Rusiya hücumunun əsas zərbəsini üzərində daşıyır. Hazırda 1000 kilometrlik cəbhə xəttində gedən döyüşlərin təxminən üçdə biri Pokrovsk istiqamətində cəmlənib.
Döyüşlər Sovet dövründən qalma çoxmənzilli binaların qaralmış xarabalıqları arasında ev-ev davam edir. Müharibədən əvvəl 60 min nəfər əhalisi olan şəhərdə indi cəmi bir neçə yüz sakin qalıb. Ukrayna hərbçilərinin məlumatına görə, hazırda Pokrovskda təxminən 300 rus əsgəri var. Moskva isə sıx duman şəraitindən yararlanaraq şəhərin müdafiə xəttini yarmaq cəhdlərini artırır.
“Onların məqsədi dəyişməyib: Pokrovskın şimal kənarına çatmaq və daha sonra şəhəri mühasirəyə almağa çalışmaqdır”, - Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Korpusu bildirib.
Mənbənin qeyd etdiyinə görə, əgər Pokrovsk ələ keçirilərsə, bu, Rusiyanın iki ildən çox müddətdə əldə etdiyi ən böyük hərbi uğur olacaq. Şəhərin itirilməsi Moskvanın şimala və qərbə doğru irəliləməsinə şərait yaradacaq, Donbasdakı Ukrayna müdafiə xəttinin möhkəmləndirilmiş dayaqlarını təhlükə altına salacaq. Bundan başqa, Pokrovskın süqutu Ukraynanın mənəvi durumuna ciddi zərbə vuracaq və Vladimir Putinin Donald Trampı Rusiyanın irəlilədiyinə, Kiyevə yardımın isə səmərəsiz olduğuna inandırmaq məqsədilə irəli sürdüyü ritorikanı gücləndirəcək.
Baxmutda olduğu kimi, Rusiya burada da dalbadal piyada hücumları həyata keçirərək cüzi, lakin baha başa gələn qazanclar əldə edir - bəzən bu, sadəcə bir möhkəmləndirilmiş bunker və ya meşə zolağı olur. Təkcə oktyabr ayında Rusiya ordusunun itkiləri rekord həddə - təxminən 25 min ölü və yaralı səviyyəsində qiymətləndirilir. Qışın yaxınlaşması ilə irəliləmə daha da çətinləşir, çünki bitki örtüyünün yoxluğu qoşunları dron müşahidələrinə qarşı müdafiəsiz qoyur.
Ukraynalı hərbi analitik və keçmiş SBU zabiti İvan Stupak bildirib:
“Ukrayna yavaş-yavaş, lakin şübhəsiz ki, Pokrovsku itirir. Mühasirə hələ tam başa çatmayıb, lakin təchizat yolları demək olar ki, bağlanıb”.
V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri