Polad Bülbüloğlu Bodruma uçdu tətilə ailəsi və iti ilə yollandı FOTO
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın sabiq mədəniyyət naziri və Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğlu Bodruma yollanıb.
Hurriyyet.Media xəbər verir ki, Polad Bülbüloğlu bu gün Bakıdan Bodruma uçan təyyarədə sərnişinlər tərəfindən görüntülənib.
Sərnişinlərdən birinin Musavat.com-a təqdim etdiyi görüntülərdə tanınmış sənətkarın təyyarənin salonunda əyləşdiyi görünür. Məlumata görə, Polad Bülbüloğlu ilə birlikdə ailə üzvlərindən biri və iti də Bodruma gedib.
Görünən odur ki, Milli Məclisdə yay tətili dövründən istifadə edən komitə sədri istirahət üçün Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrumu seçib.
Qeyd edək ki, Polad Bülbüloğlu uzun illər Azərbaycanın mədəniyyət naziri, daha sonra isə ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. 2024-cü ildə Milli Məclisin deputatı seçilib və hazırda parlamentin Mədəniyyət komitəsinə rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 21 Avqust 2026 04:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















