Polad Bülbüloğlu yeni xanımı ilə ANAR ƏLƏKBƏROV PAYLAŞDI
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Azərbaycanın keçmiş mədəniyyət naziri, ölkəmizin Rusiyadakı sabiq səfiri, Xalq artisti Polad Bülbüloğlu bu dəfə Bakıda keçirilən Cakomo Puççininin “Turandot” operasının premyerasında diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, 24 oktyabrda Heydər Əliyev Sarayında keçirilən premyerada Polad Bülbüloğlu Əməkdar artist, rəqqasə və pedaqoq Eteri Cəfərova ilə bir arada görüntülənib.
Onların birgə fotosunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, bu ilin avqustunda Polad Bülbüloğlunun Eteri Cəfərova ilə ailə qurması barədə gununsesi.info olaraq özəl məlumatlar yaymışdıq. Həmin xəbərlərdə onun əvvəlki həyat yoldaşı Gülnarə Şıxəliyevadan ayrıldığı və yenidən evləndiyi iddia olunurdu. O zaman sənətçi mətbuata açıqlamasında bu məlumatları təkzib etmiş, boşanmadığını və üçüncü dəfə ailə qurmadığını bildirmişdi.
Buna baxmayaraq, Polad Bülbüloğlunun Eteri Cəfərova ilə yenidən ictimai tədbirdə bir arada görünməsi onların münasibətləri ətrafında marağı yenidən artırıb.
Xatırladaq ki, 4 fevral 1945-ci ildə anadan olan Polad Bülbüloğlunun 81 yaşı var. O, uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb, daha sonra ölkəmizi Rusiyada səfir kimi təmsil edib. Hazırda Milli Məclisin deputatı olan sənətkar bəstəkar və müğənni kimi də tanınır.
Qeyd edək ki, Cakomo Puççininin “Turandot” operasının yeni səhnə quruluşu Bakıda 24 oktyabrda təqdim olunub. Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi tərəfindən hazırlanıb.
Günay Mahirqızı
Gununsesi.info
Baxış sayı:64
Bu xəbər 25 Oktyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















