Polad Həşimovun anası Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşdü (VİDEO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova dekabrın 25-də Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüş II Fəxri xiyabanda baş tutub.
S.Həşimova H.Əliyevanın həlak olması ilə bağlı onun həyat yoldaşına başsağlığı verib, səbr diləyib.
Görüşün görüntülərini jurnalist Səidə Bəkirqızı paylaşıb.
Xatırladaq ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Onu da bildirək ki, P.Həşimov və H.Əliyeva II Fəxri xiyabanda dəfn ediliblər.
Baxış sayı:148
Bu xəbər 02 Yanvar 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















