Icma.az
close
up
RU
Polad Ömərov ABŞ da qətl hazırlamaqda təqsirli bilindi

Polad Ömərov ABŞ da qətl hazırlamaqda təqsirli bilindi

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ məhkəməsi kriminal avtoritet Polad Ömərovu iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini hazırlamaqda təqsirli bilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qərarı məhkəmənin münsiflər heyəti qəbul edib, yekun hökm isə sentyabrın 17-də elan olunacaq.

P.Ömərovla birgə iş üzrə adı keçən İran vətəndaşı Rafat Amirov da təqsirli bilinib.

İstintaqla müəyyən olunub ki, Amirov və Ömərov 2022-ci ilin iyulunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli üzvlərinin göstərişi əsasında Nyu Yorkda yaşayan İran hakimiyyətinin qəti tənqidçisi M.Alinejadın qətlini hazırlayıblar. Hər iki şəxsə bunun müqabilində 500 min ABŞ dolları vəd edilib. İstintaqın məlumatlarına əsasən, İran kəşfiyyatının agentləri bundan öncə də onun oğurlanmasını planlaşdırıblar, lakin cəhdlər uğursuz olub.

Amirov və Ömərov ABŞ vətəndaşı olan Xalid Mehiyevə M.Alinejadı qətlə yetirməsi üçün 30 min ABŞ dolları ödəyiblər. Lakin sui-qəsd baş tutmayıb, belə ki, M.Alinecad evinin ətrafında şübhəli hərəkətlər gördüyündən vaxtında gizlənə bilib. Elə həmin gün polis killeri avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və maşının salonunda avtomat aşkarlayıb.

P.Ömərov 2024-cü ilin əvvəlində beynəlxalq order əsasında Çexiyada saxlanılıb və daha sonra ABŞ-a ekstradisiya edilib.

Amirov və Ömərov ümumilikdə beş maddə — sifarişli qətl (10 ilədək azadlıqdan məhrum etmə), sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), pul yuyulması məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd (10 ilədək azadlıqdan məhrum etmə), odlu silahın saxlanılması və istifadəsi (5 il müddətinə və yaxud ömürlük həbs) üzrə təqsirli sayılıb.

Qeyd edək ki, P.Ömərov əslən Gürcüstanın Dmanisi rayonundandır. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri