Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Polietilen torbalarla boğduğumuz dünya: xilas yolu nədir? ARAŞDIRMA

Polietilen torbalarla boğduğumuz dünya: xilas yolu nədir? ARAŞDIRMA

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya polietilen torbalarla təxminən yarım əsr əvvəl tanış olub. Buna qədər ekoloji baxımdan daha təmiz olan kağız və parça torbalardan istifadə olunurdu. Lakin sonradan maya dəyəri daha ucuz olan, hazırlanmasında saf xammaldan yox, məişət tullantılarından istifadə edilən daha sərfəli qiymətə başa gələn polietilen torbalarla tanış olduq. Beləliklə dünya geriyə asanlıqla qayıda bilməyəcəyi çirkli bir yola girdi.

Dünyanın plastik terrorla mübarizəsi

Plastik torbalarla alış-verişə davam edən obyektlər bir çox ölkədə vergiyə cəlb edilib, bəzilərində də pulla təklif edilir. Danimarka, Bolqarıstan, İspaniya kimi ölkələrdə sellofan torbalardan istifadə vergiyə cəlb edilir, Hollandiya, İsveç Xorvatiya, Sloveniya və Latviya kimi ölkələrdə isə pulla təklif edilir. İtaliya, Rumıniya və Litvada bütün ölkə ərazisində plastik torbalardan istifadə qadağan edilib, Fransada isə ölkənin bəzi yerlərində birdəfəlik plastik torbalardan istifadə qadağandır, bəzi bölgələrdə isə ödənişlidir.

Yunanıstan polietilen torbalardan 75 faiz imtina edib, 2025-dək bu hədəf 95 faizədək planlanıb. Hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə qaydaları mövcuddur. Son illərdə Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada da plastik torbalar ödənişli satılır.

Ümumiyyətlə, dünyada ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq edilən bu qadağa ən sərt Keniyada hökm sürür. Bu ölkədə 2017-ci ildə qüvvəyə minən qanuna görə plastik torbalardan istifadə edən, istehsal edən və ya satanları 4 ilə qədər həbs və ya 38 min dollara qədər cərimə gözləyir. Qeyd edim ki, plastik torbalardan istifadəni qadağan edən ölkələrin təxminən yarısı Afrikadadır.

Qadağa tətbiq edilən ölkələrdən olan Danimarka və Finlandiyada adambaşına illik sellofan istifadəsi 4 ədəddir. Sözügedən qadağa İrlandiyada 2002-ci ildə bu rəqəm 328 ədəd olarkən tətbiq edildi, amma hazırda adambaşına 18 ədədə qədər azalıb.

Buna baxmayaraq, dünya üzrə bu məhsulların istifadəsi azalmır, əksinə artr.

Sellofan torbalar bizə nələr edir?

Statistik məlumatlara görə, dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Rahat alış-verişin etalonu hesab edilən bu torbaların dənizə atılması bir çox dəniz canlısının mədəsində plastik tullantıların yığılmasına səbəb olur. Çünki okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqrama qədər polietilen torbanı dənizə atır. Ekoloqlar deyirlər ki, dünyanın quru səthinin polietilen torba işğalından qurtulmasının səbəbi okean dibinin sellofan torba və plastik qabların qəbiristanlığına çevrilməsidir.

Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında, daha sonra ölkə daxilində polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.

Sağlamlığı qətl edən paketlər

Təxminən 10-15 dəqiqə istifadə etdiyimiz, sonra büküb tullantı qablarına atdığımız, bir çoxumuzun bu “əziyyətə” qatlaşmayaraq elə küçəyə atdığı paketlərin təbiətdə 800 il çürümədiyini bilirdinizmi? Bu torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən az 1000 il lazım gəlir. Bir çoxları düşünə bilər ki, bu paketlər də istehlak edildikdən sonra geri qaytarıla və yenidən istehsal edilə bilər.

Doğrudur, bu mümkündür, amma geri qaytarılan torbalar istehlak edilənin 1%-ni təşkil edir, 99% sellofan torba yenə də təbiətə atılır. Üstəlik, təkrar emalı sağlamlıq baxımından təhlükəlidir. Aparılan araşdırmalara görə, polietilen paketlərdə və plastik qablarda saxlanan qida məhsullarının tərkibində kimyəvi maddələr keçir və bu da ağır xəstəliklərə səbəb olur. Hollandiyada aparılan araşdırmada son illərdə insan orqanizmində plastik partikulların 4 dəfə artdığı məlum oldu. Yəni, bədənimiz plastikləşir...

Polietilen paket istehsalı neft və təbii qaz kimi bərpa olunmayan təbii enerjinin get-gedə azalmasına və çirkliliyinə gətirib çıxarır. Ekoloqlar bildirirlər ki, bir sellofan torbanın istehsalına xərclənən enerji bir avtomobilin 115 metr irəliləməsinə kömək edə bilər.

Əvvəl pullu olmalı, sonra qadağan edilməlidir

Bir neçə il əvvəl ölkəmizdəki ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar pullu edilib. Bu torbaların ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən mağaza kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır. Torbaların qiyməti ölçüsünə görə 3-5 qəpik arasında dəyişir.

Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək qiymətə təklif edilir. Polietilen torbalar pulla təqdim edilməli və ayrıca məhsul kimi kassa çekinə vurulmalıdır. Bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir.

Hələlik, ərzaq mağazalarında bu qaydaya riayət edilir, lakin təsərrüfat mağazalarında, geyim dükanlarında və sair ticarət mərkəzlərində yenə də bu paketlər kütləvi istifadə olunur. Ümumi ölkə üzrə istifadə həcmi bir qədər azalsa da, bu, problemi heç də əhəmiyyətli dərəcədə azaltmayıb.

Sərfəli alternativlər olmasa...

Bir şeyin qadağan olunması üçün alternativi təklif olunmalıdır. Təəssüf ki, əvvəlcədən alt baza yaradılmayıb, yəni, təbii materialdan paketlərin kütləvi istehsalı təşkil olunmayıb. Düzdür, mağazalarda parça torbalar satılır, lakin onların qiyməti astronomikdir və heç kim onları alası deyil. Adi parça torbalar 5-6 manata təklif olunur ki, bu da həddən artıq baha qiymətdir. Halbuki, parça torbanın maya dəyəri ən uzağı 20-30 qəpik ola bilər ki, bunun da satışı 50 qəpikdən olmalıdır. Bundan başqa, 10-20 qəpiyə daha nazik və kiçik parça torbalar təklif oluna bilər.

Əgər təbii torbalar alıcılar üçün sərfəli olmasa, ondan istifadə etməyəcəklər, hər dəfə 5 qəpik ödəyib sellofan torbalardan istifadəyə davam edəcək. Çünki, heç də hər kəs iri parça torbanı cibində gəzdirməyəcək, deməli, azdəfəlik istifadə üçün 10 qəpiyə kiçik parça torbaların təklifi vacibdir.

Özün düzəlt, dünyanı xilas et !

Sellofan torbalardan istifadə bizə nə qazandırır, nə itirir? Qazanc birdir– rahatlıq. İtirdiklərimiz nələrdir? Sağlamlığımız, evimiz bildiyimiz təbiət, dünyanın ciyəri olan meşələr, su ehtiyatlarımız, məhsulunu yediyimiz torpaq. Parça torbalardan istifadə etməklə həm təbiəti, həm də sağlamlığımızı qoruya bilərik. Şərt deyil yenisinə pul verib alaq, evdə özümüz də bu torbalardan tikə bilərik. Bunun üçün bir neçə alternativ də var.

Ekoloji təmiz alış-veriş çantası tikmək üçün xüsusi parça almağa və əlavə xərc çəkməyə də ehtiyac yoxdur. Hər birimizin qarderobunda geymədiyimiz geyimlər var ki onlardan alış veriş torbası tikmək olar. Ən sadə üsulla parçanı kvadrat, düzbucaqlı və ya dairəvi şəkildə kəsib 3 tərəfini tikib bir tərəfini açıq qoya və iki tutacaq əlavə edə bilərik.

Daha praktik olsun deyə sizə ölçü ilə kömək edək. Ağırlığa davamlı ekoloji təmiz torba tikmək üçün istifadə etmədiyiniz cins şalvarınız əla materialdır. Orta ölçülü bir alış-veriş torbası tikmək üçün iki ədəd 30x46 sm ölçüdə parça götürün. Torbanın kənar hissələri üçün 8x46 sm hissə hazırlayın, parçaları tərs çevirərək astar hissədən yanlarda kənar hissə üçün ayrılmış parçalar olmaqla birləşdirin. 8x50 sm ölçüdə iki parçanı çantaya tutacaq hazırlamaq üçün tikin və torbaya birləşdirin. İstəyə bağlı çantaya daxildən və ya xaricdən cib də tikə bilərsiniz. Bünun üçün 20x20 sm ölçüdə parçaya ehtiyacınız var.

Çətirlərin hazırlanmasında istifadə edilən brezent materiallı parçalar torba tikmək üçün çox yararlı materialdır. İstifadəyə yararsız çətiriniz varsa parçasından bu məqsədlə istifadə edə bilərsiniz. Bu parçalar həm ağırlığa davamlı olur, həm su keçirmir. Tikmək üçün cəmi yarım saat vaxtınızı alacaq bu torba illərlə istifadə oluna bilər və təbiətimizi sellofan torbaların zərərindən maksimum qoruyacaq.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri