Icma.az
close
up
RU
Poliomielit xəstəliyi nədir və ən çox kimlər yoluxur?

Poliomielit xəstəliyi nədir və ən çox kimlər yoluxur?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Poliomielit sinir sistemini zədələyən, əzələlərin iflicinə səbəb olan və ağırlaşmış halda ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. 

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sfera.az –a verilən məlumata görə, yoluxma fekal-oral, yəni çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və ya hava-damcı yolu ilə, əsasən, ağız boşluğuna virusun düşməsi ilə baş verir:

“Poliomielitə adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. İlkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik adətən soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir.  Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir”.

Qeyd olunub ki, poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur:

“Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. Hər bir uşaq 2 yaşadək mütləq poliomielit vaksininin 5 dozasını almalıdır.  Peyvəndin yalnız tam kursunu alan uşaqlar poliomielitdən qorunmuş hesab olunur”.

Günay 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri