Icma.az
close
up
RU
Polis Akademiyasına 525 kursant yeri ayrıldı KONKRET

Polis Akademiyasına 525 kursant yeri ayrıldı KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı  “Hüquqşünaslıq” və ya “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris azərbaycan dilindədir, müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar. Məzunlara “Hüquqşünaslıq və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə DİO-da müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrələrinə və Akademiyanın 88-80 qaynar xəttinə zəng edə, yaxud nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see228

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see212

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see171

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see171

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see147

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri