Polis Akademiyasında növbəti “Açıq qapı” tədbiri keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Bakının Suraxanı rayonunda yerləşən Aslan Muradov adına 84 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, qonaqlar tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, auditoriyalar, kursant yeməkxanası və yataqxana ilə tanış olublar.
Şagirdlərə akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.







