Polis bir oyunda 7 qol vuran braziliyalı futbolçunu həbs edib
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Finlandiya polisi ölkə çempionatının beşinci divizionunda baş tutan oyundan dərhal sonra “Finnkurd” klubunun braziliyalı futbolçusu Conatan Qerreyronu həbs edib.
Yeniavaz.com “Globo”ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “EspaRenat” komandasına qarşı keçirilən mövsümün final oyununda 7 qol vurub. Qarşılaşma “Finnkurd”un 8:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan bir neçə dəqiqə sonra çoxu mülki geyimdə olan təxminən 20 polis əməkdaşı stadionu mühasirəyə alıb və bütün çıxışları bağlayıb. Komandanın futbolçuları şəxsiyyətlərinin yoxlanılması üçün meydançada saxlanılıb. “EspaRenat”ın oyunçularına isə stadionu tərk etməyə icazə verilib.
Polisin məlumatına görə, Qerreyro mərclərdən qazanc əldə etmək məqsədilə danışılmış oyunlarda iştirakda şübhəli bilinir. Onunla birlikdə daha iki braziliyalı futbolçu da saxlanılıb, lakin mobil telefonlarında axtarış aparıldıqdan sonra sərbəst buraxılıblar.
İstintaq yalnız sonuncu “EspaRenat” – “Finnkurd” oyunu ilə məhdudlaşmır. Mənbələr bildirir ki, “Finnkurd” komandası azı üç ildir ki, oxşar şübhələrlə nəzarət altındadır.
Qerreyro təxminən üç həftə əvvəl “Finnkurd”un baş məşqçisi təyin olunub. O, bundan əvvəl eyni klubun kapitanı kimi çıxış edib, həmçinin Finlandiyanın digər klubu – “Peymari Yunayted”də də oynayıb.
Hazırda polis istintaqı davam edir və Finlandiya Futbol Federasiyası hadisə ilə bağlı rəsmi açıqlama verməyib.


Polis iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib
19 May 2025 14:36
“Yuventus” braziliyalı futbolçunu satır
10 Aprel 2025 17:59
Fənərbaxça braziliyalı futbolçunu istəyir
24 Aprel 2025 16:58
Polis oğurlanmış mikroavtobusun sürücüsünü 7 saat təqib edib
13 İyul 2025 09:21
Səbail braziliyalı futbolçunu transfer etdi
30 Sentyabr 2025 16:18

