Polis əməkdaşı Bakıda vətəndaşın həyatını BELƏ XİLAS ETDİ VİDEO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda yanacaqdoldurma məntəqələrindən birində dramatik və eyni zamanda qürurverici anlar yaşanıb. Badamdar qəsəbəsində yerləşən YDM-ə yanacaq doldurmaq üçün daxil olan sürücünün səhhəti qəfil pisləşib.
Bakupost.az Patrul.az-a istinadən xəbər verir ki, avtomobilindən düşərək sifariş verdikdən dərhal sonra qəfil qıcolma keçirən vətəndaş müvazinətini itirərək arxası üstə yerə yıxılıb. Ətrafdakıların çaşqınlıq içində olduğu həmin kritik saniyələrdə hadisə yerində olan polis əməkdaşı dərhal hərəkətə keçib.
Həmin vaxt təsadüfən yaxınlıqda öz avtomobilinə yanacaq dolduran Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyev vəziyyəti anında qiymətləndirərək operativ şəkildə hadisəyə müdaxilə edib. Peşəkar polis əməkdaşı soyuqqanlılığını qoruyaraq vətəndaşa ilkin tibbi yardım göstərib, onun dilinin qatlanmasının və boğulmasının qarşısını alıb. Polis nəfərinin çevik reaksiyası sayəsində vətəndaşın vəziyyəti stabilləşib və o, yenidən özünə gəlib.
Təhlükəsizlik kameralarına düşən videogörüntülərdən də aydın görünür ki, polisin vaxtında və düzgün müdaxiləsi olmasaydı, hadisə daha ağır və faciəvi nəticələrə səbəb ola bilərdi.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Bu cür fədakar addımlar polis-vətəndaş münasibətlərindəki etimadın, qarşılıqlı dəstəyin və asayiş keşikçilərinin hər bir şəraitdə vətəndaşın yanında olmasının növbəti bariz nümunəsidir.
Musavat.com həmin kadrları təqdim edir:
Baxış sayı:99
Bu xəbər 19 İyun 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















