Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtla yanaşı ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Qeyd olunub ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 21 Fevral 2025 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















