Icma.az
close
up
RU
“Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr”

“Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr”

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər millətin taleyində sükutla, səssiz fədakarlıqlarla yazılan səhifələr var. Bu səhifələrdə qəhrəman adlar, titullu cümlələr olmur bəzən… Sadəcə bir ünvan olur – Vətən! Və o vətənin hər daşına, hər küçəsinə, hər nəfəsinə göz qoyan, dinməz-danışmaz qoruyucu əllər… Azərbaycanda bu əllər “Polis” adlanır.

Bu gün– iyulun 2-si – Azərbaycanda Polis Günüdür. Bu gün bir bayramdır, amma təkcə təqvimdəki bir tarixdən ibarət deyil. Bu, gecə-gündüz sərhədi olmayan, bayram-tətil tanımayan, rahat yuxunu, ailə qucağını, şəxsi həyatını təhlükənin, məsuliyyətin və and yerinin arxasına qoyan insanların bayramıdır.

Polis – o, yalnız hüquqi qayda-qanunun icraçısı deyil… Polis bir cəmiyyətin təhlükəsizlik zəmanəti, sabahımıza olan inamın görünməyən sipəridir. Kiminsə xoşbəxt yuxusunun qoruyucusu, kimsəsiz küçələrin səssiz müşahidəçisi, həyəcan zənglərinin ilk cavabverəni… Polisin işi, sadəcə cinayətkarı tutmaq deyil. Onun işi, insanları qorumaq, şəhərlərə sakitlik, insanlara güvən gətirməkdir.

Bəzən bir uşağın itirdiyi yol, bəzən bir ananın narahat göz yaşları, bəzən də qaranlıq küçədə bir zəif addım… Hər biri polis üçün bir çağırış, bir məsuliyyətdir. O, hər çağırışda öz təhlükəsizliyini düşünmədən, ilk addımı atan adamdır. Çünki polisin peşəsi – sadəcə peşə deyil, bu – həyat tərzidir. Hər nəfəsində and, hər addımında məsuliyyət daşıyan bir həyat.

Bütün cəmiyyətlərdə olduğu kimi bizdə də polis haqqında bəzən müxtəlif fikirlər səslənir. Tənqidlər, mübahisələr, haqlı və haqsız fikirlər… Amma bir şeyi unutmamalıyıq: Polis – o adamdır ki, hər birimiz çətin anımızda ilk yardım çağırdığımız insandır. O, gündə minlərlə fərqli hadisənin içində təmkinini itirməməli, qərəzsiz qərar verməli, səliqəli davranmalı, həm də öz təhlükəsizliyini təmin etməlidir. Bu – hər adamın bacara biləcəyi bir yük deyil.

İndi isə bir anlıq düşünək: Şəhərlərimizi polis olmadan təsəvvür edə bilərikmi? Qaranlıq küçələr, həll olunmamış münaqişələr, cavabsız qalan kömək çağırışları… Bu mənzərə özü-özlüyündə polisin varlığının nə qədər vacib olduğunu bizə sübut edir.

Azərbaycan polisi bu gün təkcə cinayətkarlıqla deyil, həm də narkotiklərlə, insan alveri ilə, kibercinayətlərlə, terror təhlükələri ilə mübarizə aparır. Onların hər günündə risk, hər anında qərar vermək məcburiyyəti, hər səhərində isə yenidən xidmət borcuna sadiqlik var.

Bu gün Azərbaycan polisinin sıralarında xidmət edən hər bir kəsə bir cəmiyyət olaraq borcluyuq. Onlar üçün rahat bir gecə, rahat bir istirahət demək olar ki, mümkünsüzdür. Onlar üçün “vəziyyət stabildir” cümləsi – ən böyük mükafatdır.

Polis – sadəcə forma geyinmiş insanlar deyil… Onlar bu torpağın sükut keşikçiləridir. Onlar bizim uşaqlarımızın gülüşünün, analarımızın rahat nəfəsinin, atalarımızın işdən evə gülər üzlə qayıtmasının zəmanətçiləridir. Bir sözlə bugünkü Azərbaycan polisi – bir tərəfdə yüzillik tarixin təcrübəsini, digər tərəfdə isə çağdaş dövrün dinamik vəzifələrini daşıyan, sabitliyin və təhlükəsizliyin əsas dayağıdır.

Daha çox düşüncələr üzərində qurulan bu yazda xüsusi olaraq vurğulamaq istədiyim məqamlar var:  Bu gün Azərbaycan polisi artıq beynəlxalq standartlara cavab verən, müasir texnologiyalarla təchiz olunmuş, peşəkar kadr bazasına malik bir hüquq-mühafizə orqanıdır. İnsan hüquq və azadlıqlarının qorunması, ictimai asayişin təmin edilməsi, ağır və xüsusilə təhlükəli cinayətlərin qarşısının alınması kimi sahələrdə mühüm işlər görülür. Polis əməkdaşları mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq-mühafizə sisteminin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Polis orqanlarının maddi-texniki bazası təkmilləşdirilir, insan hüquqlarına hörmət prinsipi əsas götürülərək yeni idarəetmə modelləri tətbiq olunur.

Və son olaraq az qala böyük hərflərlə qeyd edəcəyim daha bir şanlı abzas var : 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında şəhid olan polis əməkdaşları haqqında qısa da olsa qeydlərimi sizlərlə bölüşmək, onları yad etmək istəyindəyəm.

Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı polis əməkdaşları da böyük qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərdilər. Onlar mülki əhalinin təhlükəsizliyinin təmin olunması, strateji əhəmiyyətli obyektlərin qorunması və döyüş bölgələrində xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı canlarından keçdilər.

Xüsusilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və digər polis bölmələrinin şəxsi heyəti cəbhə bölgələrində və döyüş əməliyyatlarında fəal iştirak etdi. Bir çox polis əməkdaşı ön xətdə əsgərlərlə birgə döyüşdü, düşmənin arxa cəbhəsinə sızmaların qarşısını aldı və əhali arasında sabitliyi təmin etdi.

Bu şərəfli missiyalar zamanı 30-dan çox polis əməkdaşı şəhid oldu. Onlar arasında gənc zabitlər də vardı, uzun illər xidmət etmiş təcrübəli əməkdaşlar da. Hər biri Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda canını fəda etdi.

Şəhid polis əməkdaşlarının adları xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların igidliyi, vətənpərvərliyi və fədakarlığı gələcək nəsillərə örnək olacaq. Ruhunuz daima şaddır, məkanınız da CƏNNƏT!

Bu gün onların günüdür. Onların ad günüdür. Azərbaycan polisinin bayramıdır!

Hər bir Azərbaycan polisinə – səmimi təşəkkürlər… Sizin sayənizdə bu torpaqda təhlükəsizlik var. Sizin sayənizdə səhərlərimiz günəşli, gecələrimiz arxayın keçir.

Qoy, xidmət yollarınız açıq olsun! Qoy, hər vəzifə icrasından sonra ailənizə, sevdiklərinizə sağ-salamat qayıdasınız! Və qoy, xalqın sevgisi, dövlətin dəstəyi həmişə sizinlə olsun!

Gününüz mübarək olsun, Azərbaycanın şanlı polisi!

Azərbaycanın qoruyucu əllərinə salam olsun!

İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının İdarə Heyətinin üzvü, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri