Polis İrəvanda kütləvi əməliyyatlara başladı Nə baş verir?
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan paytaxtı İrəvan şəhərində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir.
Globalinfo.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, axtarışlar paytaxt üzrə onlarla ünvanda eyni vaxtda aparılır.
Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları İstintaq Komitəsi ilə birgə paytaxtda təxminən 40 ünvanda axtarış aparır.
İstintaq Komitəsinin açıqlamasına əsasən, əməliyyatlar fevralın 18-də Acapnyak rayonunda baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində həyata keçirilir. Sözügedən iş qətl, qətl cəhdləri, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları üzrə başlanıb.
Hazırda istintaq tədbirləri davam edir, hüquq-mühafizə orqanları hadisənin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Rəsmi qurumlar əlavə məlumatın daha sonra açıqlanacağını bildiriblər.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Fevral 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















