Polis müdaxilə etdi: 17 yaşlı qızın toyu təxirə salındı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zərdab rayonu ərazisində yerləşən “Natiq” şadlıq sarayında keçirilən toy məclisində gəlinin yetkinlik yaşına çatmadığı barədə polis şöbəsinə məlumat daxil olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şöbə əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.
Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşı olması müəyyən edilib. Hər iki tərəfin valideyləri ilə izahedici söhbətlər apılıb, qeyd edilən halın qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.
Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunun və sonuncu məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















