Polis nəfəri xəstəxanada vəfat edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
APA-nın əldə etdiyi məlumata görə, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

