Polis nəzarətində olan jurnalist niyə yenidən həbs edildi? VƏKİLİ DEYİR Kİ...
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Toplum TV işi” üzrə daha bir jurnalist həbs olunub.
Gununsesi.info xəbər verir ki, ötən ilin martında saxlanılıb daha sonra barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilən Fərid İsmayılov bu gün, yanvarın 17-də Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Vəkil Zibeydə Sadiqova bildirib ki, onun barəsində 2 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilib: “Bəhanə kimi qeyd etdilər ki, Fərid müxtəlif rayonlara gedirdi, amma bu barədə polisə məlumat vermirdi, ittihamlar ağırdı və qətimkan tədbiri dəyişməlidir. Halbuki, Fərid həftədə 3 dəfə polisə gedib qol çəkirdi”.
Z.Sadıqova qeyd edib ki, Fərid İsmayılov özünü təqsirli bilməyib: “O jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib. Eyni zamanda Fərid səhhətində problemlərin olduğunu, əməliyyat keçirdiyini da deyib, amma təəssüf ki, bu, nəzərə alınmadı”.
Günay
Gununsesi.info
Baxış sayı:91
Bu xəbər 17 Yanvar 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















