Polis piyadalara ölüm anlarını göstərdi FOTO KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospekti və ətraf küçələrində maarifləndirici tədbir keçiriblər.
Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq edilib, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.
Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.
Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















