Polis qadınları hoteldə tutdu DETALLAR
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən “Elsevər” hotelində həmcinsini fahişəliyə cəlb edən qadın tutulub.
Şərur rayon sakini olan 1994-cü il təvəllüdlü Fəridə Həsənovanın (şərti) həmcinsini pul müqabilində başqa şəxslərlə görüşdürməsi müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, pul müqabilində intim münasibətdə olan Fəridə digər həmcinslərini də bu işə cəlb edib. O, fahişəliyə cəlb etdiyi rəfiqəsi və 2 kişi ilə birgə hotel otağında polis tərəfindən saxlanılıblar.
Babək Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə F.Həsənovaya 3 min manat cərimə cəzası kəsilib. (Qafqazinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















