Icma.az
close
up
RU
Polis “qanuni oğru”ların toplantısını dağıtdı 3 qanuni oğru və 26 kriminal lider saxlanılıb (VİDEO)

Polis “qanuni oğru”ların toplantısını dağıtdı 3 qanuni oğru və 26 kriminal lider saxlanılıb (VİDEO)

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, İmereti və Sameqreloda üç nəfər “qanuni oğru” olmaqla ümumilikdə 26 nəfər saxlanılıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb.
AzPost 24News.ge -yə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaq zamanı müəyyən olunub ki, saxlanılanlar – “oğru aləmi”nin üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər.
Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayıb və “oğru mübahisələri” təşkil ediblər.
“Oğru aləmi”nin üzvləri kimi saxlanılanlar əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü L.Ç., 1967-ci il təvəllüdlü M.P. (“Paço” ləqəbli), 1987-ci il təvəllüdlü Z.M., həmçinin əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü D.K. (“Mesto” ləqəbli), 1980-ci il təvəllüdlü V.B. (“Koço” ləqəbli), 1985-ci il təvəllüdlü R.M isə qiyabi ittiham irəli sürülüb.
“Qanuni oğru” ittihamı ilə qiyabi ittiham irəli sürülən şəxslər isə hazırda Gürcüstan hüdudlarından kənarda olanlardır: 1977-ci il təvəllüdlü Ceyran Kintsuraşvili, 1987-ci il təvəllüdlü Kako Tuquş (“Enzo” ləqəbli) və 1976-cı il təvəllüdlü Mamuka Çxaberiya (“Mamuka Xonski” ləqəbli).

Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar istintaq gizli formada bir neçə ay davam edib. “Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında bir neçə ay ərzində həyata keçirdiyi gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan “oğru aləmi” üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasındakı maliyyə mübahisələrinin həllində iştirak ediblər. Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək üçün xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayıb və “oğru razborkaları” təşkil edirdilər.
İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və tərəflərdən birini digərinin, eləcə də öz xeyirlərinə ödəniş etməyə məcbur ediblər. Polis, saxlanılanların şəxsi və yaşayış evlərində axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar aşkar edib, hansılar ki, onlar bir-biri və xaricdəki “qanuni oğrular”la əlaqə saxlamaq üçün istifadə ediblər.
Bundan əlavə, odlu silahlar, patronlar, güllələr və narkotik maddə – “marixuana” götürülüb. “Qanuni oğru”, “oğru aləmi”nin üzvü olma, “oğru aləmi” üzvünə müraciət etmə, “oğru aləmi”nin fəaliyyətini dəstəkləmə, “oğru yığıncağında iştirak” və “odlu silahın qanunsuz əldə edilməsi və saxlanması” faktları üzrə istintaq Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü tersiya maddəsinin 2-ci hissəsi, 223-cü sekunda maddəsi, 223-cü kvarta maddəsinin 1-ci hissəsi və 236-cı maddəsi əsasında aparılır.
Saxlanılan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see195

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri