Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı Anası cərimələndi VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Anasının avtomobili ilə polisdən qaçan yeniyetmə qəza törədib. Avtosfer.az xəbər verir ki, Buryatiya Respublikasında baş verən hadisə polis avtomobilinin kamerasına düşüb.
Məlumata görə, Ulan-Ude şəhərinin İvolginski rayonunda xidmət aparan polis əməkdaşları şübhəli “Nissan” markalı avtomobilə “Saxla” əmrini veriblər. Lakin, sürücüsü əmrə tabe olmayaraq qaza sıxaraq yayınmağa çalışıb. Qaçış əsnasında ara yola manevr edən sürücü sükan idarəetməsini itirərək avtomobili hasara çırpıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları 14 yaşlı sürücü qızı və onun həm yaşıdı olan 2 rəfiqəsini bölməyə aparıb. Sorğu-sual zamanı məktəbli avtomobilin anasına məxsus olduğunu və onu icazəsiz götürərək rəfiqələri ilə gəzintiyə çıxdığını deyib. Yeniyetmə qızın anası polis bölməsinə dəvət olunaraq profilaktik söhbətlər apardıqdan sonra inzibati qaydada cərimələnib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Fevral 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















