Icma.az
close
up
RU
Polisə qarşı aparılan çirkin kampaniyanın arxasında kim dayanır?

Polisə qarşı aparılan çirkin kampaniyanın arxasında kim dayanır?

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“AXCP sədri Əli Kərimli və ona yaxın olan media qurumlarının əsas hədəflərindən, məqsədlərindən biri Azərbaycan polisini gözdən salmaqdır. Onlar az qala, hər gün polisin fəaliyyətini tənqid edən açıqlamalar verir, məqalələr, videolar hazırlayıraq özlərinə aid sosial şəbəkə hesablarında yayımlayırlar. Əlbətdə ki, məqsədli şəkildə. Bu yolla güc strukturlarına qarşı ictimai etimadsızlıq yaratmaq və ölkədəki sabitliyi zəiflətmək istəyirlər.  Nəticədə özlərinə lazım olan şəraiti – xaos mühitini yaratmaq niyyəti güdürlər.  Suyu bulandırıb balıq tutmaq sevdasında olan bu qüvvələr xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı əlaltıları olan “5-ci kolon”nun  sifarişlərini yerinə yetirirlər. Konkret olaraq, “Əli Kərimlinin çıxışlarında Azərbaycan polisini ittiham etməsinin arxasında 5-ci kolon dayanır”. 

Bunu Lent.az-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli guya ölkədə demokratiyanın olmamasını bəhanə gətirərək kütləvi aksiya keçirmək qərarı verib:

“Ölkəmizdə qanunun aliliyi təmin edilir, vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kəs öz fikirini ifadə etdiyi üçün təqiblərə, təzyiqlərə məruz qalmır.  Təəssüf ki, bəzi qüvvələr yaradılan bu demokratik şəraitdən sui-istifadə edir. Məsələn, AXCP sədri öz tələbini irəli sürmək əvəzinə, dövlətə zərbə vurmaq üçün Azərbaycan polisini şərləmək, gözdən salmaqla məşğuldur.  Güc strukturlarımız, xüsusi ilə də polis əməkdaşları dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi naminə gecə-gündüz yorulmadan çalışır, cinayətkarlığa qarşı mübarizə aparırlar. Əli Kərimli bunu yaxşı bilir. Onlar polisə qarşı xalqımızın artan sevgisindən, inamından narahatdırlar.  Bu inamı zədələmək üçün xaricdən verilən sifarişə uyğun olaraq xüsusi ssenari ilə hərəkətə keçiblər. Xaricdə oturub Azərbaycan xalqını, dövlətini, onun görkəmli xadimlərini təhqir edən  söyüş müxalifətinə qarşı Respublika Prokurorluğu tərəfindən cinayət işi açılandan sonra dövlətimizə qarşı kampaniya daha geniş vüsət alıb. Çox təssüf ki, özünü müxalifət lideri adlandıran bəzi  şəxslər bu cür çirkin ssenarilərdə yer alırlar, xarici qüvvələrin maraqlarına uyğun açıqlamalar verir, addımlar atırlar”.

R.Alıyev qeyd etdi ki, Azərbaycan polisinə qarşı aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək:

“Hüquq-mühafizə orqanları öz fəaliyyətləri ilə, uğurlu nəticələrlə xalqın inamını, sevgisini qazanıblar. Kimlərinsə açıqlaması ilə xalqın polisə olan inamını sarsıtmaq mümkün olmayacaq. Azərbaycan xalqı 2003-cü ilin oktyabr hadisələrindən başlayaraq polisinin qüdrətinə, qətiyyətinə və nəyə qadir olmasına şahiddir.  İndi özlərini sosial şəbəkə “qəhramanları” kimi təqdim edən Əli Kərimli və onun həmkarları o, zaman dövlət çevrilişinə cəhd edəndə onların qarşısını məhs elə polis əməkdaşları alıb dövlətimizin sarsılmaslna imkan vermədi.  Yenə də Milli şura adlanan dərnəyin keçirmək istədiyi aksiyada da məqsəd dövlətçiliyə zərbə vurmaq və polisi təxribata çəkməkdir. Düşünürəm ki, onların tələbləri yerinə yetirilməyəcəyi təqdirdə polislə qarşıdurma yaradacaqlar, iğtişaşlar törədəcəklər. Videolar hazırlayıb sosial şəbəkədə yayacaqlar və xaricdəki ağalarına hesabat verəcəklər. Qanunu pozduğu üçün saxlanılan, həbs edilən şəxslərdən “siyasi məhbus” düzəldəcəklər, onların Avropada sığınacaq almasına çalışacaqlar, xaricdən qrantlar alacaqlar. Həmçinin çalışacaqlar ki, beynəlxalq təşkilatları Azərbaycan hökumətinə qarşı qaldırsınlar, ölkədə insan haqlarının vəziyyətini uzun müddət gündəmdə saxlasınlar.  Əsas ssenari bundan ibarətdir. Çünki biz öncədən bunları  Əli Kərimlinin bu günlərdə sosial şəbəkə hesablarında veridiyi açıqlamalarından sezə bilirik. O, verdiyi müsahibələrdə mitinqə çağırışlar edərkən Azərbaycan dövlətinə və polisinə qarşı şər-böhtan xaraketrli bəyanatlar səsləndirərək guya onun ətrafında olan mühafizəçisinin və sürücüsünün qanunsuz şəkildə həbs etdildiyini bildirmiş və bununlada  dövlətimizin  və polis orqanlarının imicinə zərər vurmağa çalışmışdır.

Bütün hallarda polis qanunsuz aksiyaların, fəaliyyətlərin qarşısını alacaqdır. Dünyanın hər yerində bu belədir. Hesab edirəm ki, Azərbaycan polisi ayıq-sayıq olmalı, radikalların təxribatına uymamalıdır. Biz bilirik ki, bu aksiyalarda AXCP sədri Əli Kərimli şəxsən iştirak etmir. İştirak edən şirin vədlərə aldanan gənclərin isə məqsədləri Avropadan siyası sığınacaq əldə etmək üçün lazım olan görüntüləri əldə etməkdir. Bu mənada aksiyalarda iştirakçılardan çox “jurnalistlərin”, fotoqrafların olması təsadüfi deyil.  Ortada külli miqdarda qrantların, vəsaitlərin dövr etdiyi siyasi məhbus alveri mövcuddur. Biz bilirik ki, xarici ölkələrdən sığınacaq almaq üçün ilk növbədə sənin müxalifətçi olmağın, qanunsuz aksiyalarda iştirak edib həbs edilməyin və bu zaman görüntülərinin çəkilməsi lazımdır.  

Mən xatırlayıram pondemiya dövründə  və Vətən müharibəsi zamanı da “5-ci kolon” iş başında idi. İstər Yasamalda baş verən təxribat və polislərimizə qarşı aparılan çirkin planlar, istərsə də  Gədəbəydə və İmişlidə baş verən təxribatlardan şou yaradan Əli Kərimli və onun komandası idi. Əlbətdə ki, biz bunları çox yaxşı bilirik və zamanında cavablarını da vermişik, onlar yalnız sosial şəbəkə “qəhramanları” ola bilər. Onların əməllərinindən Azərbaycan xalqı agahdır.  Son aylar əbəs yerə onlar öz sosial şəbəkə hesablarında polisə və digər hüquq-mühafizə orqanlarına  qarşı çirkin planlar aparmırlar. Məqsədli şəkildə, sanki qrant layihəsi olaraq çirkin əməllərini həyata keçirirlər.

Siyasətin əfifbasından belə xəbəri olmayan təcrübəsiz insanlardan bu yolla “siyasi məhbus” düzəldirlər. Belələri Avropaya gedəndən sonra başlayırlar dövlətimizi və hakimiyyətdə təmsil olunanları təhqir etməyə. Bu gün Avropada oturub Azərbaycan xalqını, onun görkəmli ictimai-siyasi xadimlərini söyən tərbiyyəsiz şəxslər radikal müxalifətin əsəridir. Onların hamısı indiki radikal müxalifətin məktəbinin məzunlarıdır və söyüş söyməyi də öz liderlərindən öyrəniblər. Azərbaycan siyasətinə söyüşü, təhqiri gətirənlər öz vicdanları qarşısında cavab verməli olacaqlar.  Onlar Azərbaycan dövlətinə, polisinə, xalqına atdığı ləkəyə, iftiraya görə sadəcə xəcalət çəkməli, utanmalıdırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri