Polisin narkotacirlərə qarşı əməliyyatı gündəm oldu VİDEO
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Peru polisi narkotik alverində şübhəli bilinən şəxsi saxlamaq üçün təmtəraqlı kapibara kostyumu geyinib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Latın Amerikası ölkəsində ad gününülərini qeyd edənləri heyvan paltarı geyinmiş polis təbrik edib.
Belə ki, polis kapibara geyimi geyinərək kukla kimi evə daxil olublar. Amma mehriban qucaqlaşmalar və təbriklər əvəzinə narkotik alverində şübhəli bilinən şəxsin əli qandallanıb.
Narkotik alverçisinin saxlanılması üçün əməliyyat keçirən Peru polisinin Yaşıl eskadron bölməsinə rəhbərlik edən polkovnik Pedro Roxasın sözlərinə görə, axtarış zamanı polis külli miqdarda marixuana və kokain aşkar edib.
Kapibara hansı heyvandır?
Kapibara - Hydrochoeridae fəsiləsinə aid, yarımsu həyatı keçirən otyeyən məməli. Hydrochoerus cinsinə aid olan iki müasir növdən biridir. Gəmiricilər arasında ən böyüyüdür. Əsasən Latın Amerikası ölkələrində yaşayır. Yetkin fərdlərin uzunluğu 1–1,35 m, hündürlüyü isə 50–60 sm təşkil edir. Erkəklər 34–63 kq, dişilər 36–65,5 kq (ölçmələr Venesuela lyanoslarında yaşayan kapibaralarda aparılıb). Erkəklər bir qayda olaraq dişilərdən iri olur.
Ağır bədən qruluşuna malik olurlar. Xarici görtünüş baxımından iri başlı dəniz donuzcuğuna bənzəyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















