Polislə etirazçılar arasında toqquşma: Onlarla insan saxlanıldı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis tərəfindən öldürülən 16 yaşlı Aleksis Qriqoropulosun xatirəsinə keçirilən anım yürüşündə etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Moderator.az "Haberler.com"a istinadən xəbər verir ki, anım yürüşündə təqribən 5 000 insan iştirak edib.
Yürüşdən sonra bəzi aksiya iştirakçıları Qriqoropulosun öldürüldüyü rayonda polis əməkdaşlarına "Molotov kokteyli" atıblar. Polis gözyaşardıcı qazdan istifadə etməli olub.
Buna cavab olaraq etirazçılar zibil qutularını yandırmağa başlayıblar. İnsidentlə əlaqədar onlarla insan saxlanılıb.
Xatırladaq ki, Qriqoropulos 2008-ci il dekabrın 6-da polisin açdığı atəş nəticəsində 16 yaşında öldürülüb. Qriqoropulosun vurulmasından bir neçə saat sonra minlərlə insan Afina küçələrinə çıxaraq, maşınları yandırıb və mağazaları talan edib. Zorakılıq həftələrlə davam edib.
Qriqoropulosu güllələyən polis əməkdaşı 2010-cu ildə ömürlük həbs cəzasına məhkum edilib, lakin cəzası azaldıldıqdan sonra 2019-cu ildə azadlığa buraxılıb. Üç il sonra təkrar məhkəmə araşdırmasından sonra hökm qüvvədə saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















