Icma.az
close
up
RU
Polislər də, riyaziyyatçılar da həmişə “X”ları tapırlar... Xilaskar polislər

Polislər də, riyaziyyatçılar da həmişə “X”ları tapırlar... Xilaskar polislər

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gündəlik həyatımızda çoxsaylı hadisə, fikir və yanaşma ilə üzləşirik.

Ötənlərdə Bakıda vaqe olan bir hadisəni ərz edək. Gənc ana yenicə ayaq açan oğlunu həyətdə gəzdirir. Uşaq sevincindən az qalır, qanad açıb ucsun. Anasının əlindən çıxaraq, səndələyə-səndələyə sağa-sola qaçır, “meydan sulayır”. Əlbəttə, hər kəs ən azı bir dəfə bu halın şahidi olub. Şübhəsiz, duyğusal məqamdır, ən kin-kifirli, bədxah adam belə bu halı görüncə çöhrəsinə təbəssüm qonur, ya uşaqlıq illərinə qayıdır, ya da övladının bu yaşlarını xatırlayır.

Bizi bu yazını yazmağa vadar edən isə həmin gənc ananın həyatla, torpaqla yenicə “dialoq”a başlayan o körpəyə barmağının ucu ilə yaxınlıqda xidmətini yerinə yetirən gənc polis əməkdaşlarını göstərib, uca səslə bildirdiyi kəlmədir: “Uğur, Uğur, qaçma polislər səni tutacaqlar”.

Əlbəttə, bu hal, heç polislərə də xoş gəlmədi, ətrafdakı bəzi şəxslərdə gülüş doğurdu, məndə isə təəssüf hissi. Şübhəsiz, polislər ananın çağırışına sözlə deyil, əməllə cavab verdilər, hərəkətdə olan avtomobilin təkərləri altına qaçan uşağı xilas edib, anasının qucağına uğurladılar. Gənc polis əməkdaşı bircə söz dedi:”Polis insanları tutmur, xilas edir”. Yaxşı cavab idi, əlbəttə, polis cinayətkarı saxlayır, cinayətkarı tutmaqla da sağlam həyat tərzi sürən vətəndaşlarının həyatlarını təhlükədən xilas edir.

Gəlin, polisləri övladlarımıza adam tutan, həbs edən kimi deyil, xilaskar kimi tanıdaq.

Övladlarımız hər hansı bir çətinlik və ya təhlükə ilə üzləşdikdə, öz xilaskarı kimi ilk növbədə polislərimizə müraciət etsin, xilas və nicat yolunu onlarda axtarsın. Sivil cəmiyyətlərdə, sivil insanlar polisə məhz bu düşüncə və nöqteyi-nəzərlə yanaşır və yanaşmalıdır da. Biz də Bakıvaxtı.az-ın Analitik Mərkəzi olaraq, bu yaşantıdan yola çıxaraq, polislərin xidməti və fəaliyyətinə dair balaca bir mətn hazırlamağı özümüzə jurnalist deyil, vətəndaş borcu bildik.
Polislikdən, polislərdən danışmaq, yazmaq həm məsuliyyətli, həm də qürurludur. Hər hansı bir mübaliğəyə yol vermədən iddia edə bilərik ki, bu peşə sahibləri ölkənin görən gözü, eşidən qulağı, döyünən ürəyi və düşünən beyinlərdirlər. Ümumilikdə, polislərdən və polislikdən danışarkən həmişə qeyri-müəyyənliyin axtarılıb-tapılması gözlər önünə gəlir. Polisləri cəbr müəllimləri, polisliyi isə cəbr fənni ilə müqayisə edirik. Ona görə ki, ikisi də bütün mənalarda “X”ların (qeyri-müəyyənliyin) axtarışı və tapılması ilə məşğul olur. Ən maraqlı və güvənverici tərəfi isə odur ki, yolların ağırlığı, çətinliyi, mürəkkəbliyi, nahamarlığı, daşlı-çınqıllı, buzlu olması, havanın yağışlı, şaxtalı olmasına rəğmən həmin “X”lar həmişə tapılır. Bu “X”ların tapılması isə qarışqa fəaliyyəti tələb edir. Müqayisə, yəni polislərin qarışqaya bənzədilməsi bioloji və fiziki cəhətdən adekvat olmaya bilər, amma söhbət fəaliyyət və xidmətdən gedirsə, polislərimiz də qarışqalar kimi, öz vətənləri, torpaqları, öz ailə üzvləri qədər əziz tutduqları vətəndaşlarını qorumaq üçün çiyinlərini öz fiziki ölçülərindən daha böyük və ağır yükün, məsuliyyətin altına verirlər. Qarışqa öz yuvasını qoruyur, polis öz ölkəsini, qarışqa öz balalarını qoruyur, polis öz vətəndaşını, qarışqa daim qışa, çətin günlərə hazırlıq görür, tədarük hazırlayır, polis də çətin günlər üçün daim hazırlıqlar, ağır kurslar keçir. Yəqin, bu uğurlu müqayisə oxucularımızda aydın rəy formalaşdırdı. Şübhəsiz ki, mətni oxuyanda doqaqlarını büzüb və ya kənara qaçırıb, gülümsəyənlər də tapılacaq.

Bu mətnin polis fəaliyyəti ilə bağlı reallıqları əks etdirmədiyini düşününlər mütləq ki olacaq. Bəli, biz də bunu etiraf edirik, fəaliyyətində xoşagəlməz hallara yola verən polislər olub, var və olacaq. Heyhat! Bütün dövlət və özəl qurumlarda olduğu kimi. Dünyanın o başına da getsəniz, özbaşınalıq edən, qanunun cızdığı qrımızı xətləri “çeynəyən”» , insanları haqsız yerə incidən, rüşvət və korrupsiya kimi bəlaların “toruna” düşənlər də olur və bu bütün sahələrdə mövcuddur. Tibdə, təhsildə, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, biznesdə və başqa sahələrdə… Amma düşünən beyinlər və zəngin dünya görüşə malik şəxslər üçün ümumilikdə bəzi istisnalar ümumi vəziyyətə təsir göstərmir. Çünki bu qanunsuzluqlar üzə çıxan kimi dərhal ciddi ölçülər götürülür.

Tərəddüd etmədən yazırıq ki, bu gün kimsə küçədə, yolda köməksiz, yardımsız qalanda ilk imdadı polisdən diləyir, dərhal polisin qaynar xəttini yığıb dəstək umur. Bu, yalan deyil axı. Azmı olub, qohum-qonşunuzda kiminsə səhhəti anidən pisləşəndə onun xəstəxanaya çatdırılması üçün Təcili Tibbi Yardımdan öncə, məhz polisdən kömək istənilib və məhz polis yolları açaraq, həmin xəstəni hospitala çatdırıb və yenidən həyata qovuşmasına müyəssər olub?!

Azmı olub ki, bina yanğınlarında Azərbaycan polisləri polis qiyafəsində, heç bir qoruyucu geyim geymədən özlərini odun-alovun içərisinə ataraq, öz qanları və canları bahasına körpə balalarımızı xilas ediblər?!

Azmı olub ki, Azərbaycan polisləri metro stansiyalarında qəfil halı pisləşən insanları çiyinlərinə götürərək, pilləkənləri 2-2 addımlayıb, onu tibb məntəqəsinə çatdırıb?!

Azmı olub ki, qarda, buzda yolda qalan avtomobilləri polislərimiz dəmir biləkləri, kurşun barmaqları ilə xilas ediblər?!

Azmı olub ki, metro stansiyalarında işıqlar qəfil sönəndə polislərimiz sərnişinləri az qala bir-bir çiyinlərində daşıyıb, təxliyyə ediblər?!

Sivil cəmiyyətlərdə əxlaq və mənəvi ucalıq polisin dayandığı yerdən başlayır. Hər hansı bir səbəbdən etiraza qalxaraq, dövlət qurumunun qapılarını sındırıb, müəssisəyə daxil olan qazilərimizlə (bu mövzuda haqlı-haqsız axtarışında deyilik. Qeyd-şərtsiz qazilərin haqqı onlara verilməlidir) polislərimizin bir-birinə sarılıb, göz yaşı axıtmalarının şahidi olmadıqmı? Olduq.

Bu gün “Tik-tok” və digər sosial platformalarda xalqın mənəvi bağlarını qoparmağa dair çağırışlar edənlərə qarşı ölçülər götürülmürmü?! Götürülür.

Müsbət presedentləri saymaqla bitməz. Bu, hələ müşahidə edə bildiyimiz, aysberqin görünən tərəfləridir. Aysberqin görünməyən tərəflərində isə ölkənin, vətənin təhlükəsizliyi durur ki, bu amil bütün xidmətlərin fövqündə dayanır. Dünyanın ən qabaqcıl ölkələrində az qala hər gün bir metro stansiyası, bir məktəb, universitet, bazar partladılır. İnsan kontingentinin çox olduğu məkanlarda partlayışlar baş verir. Onlarla, yüzlərlə insan tələfatı qeydə alınır, amma çox şükür ki, bu hallar ölkəmizdə yaşanmır. Bütün bunlar şanlı Azərbaycan polislərinin odda yanmaz, suda batmaz xidmətlərinin təcallası deyilmi? Polislərimizin xidmətinə uyğun, fəaliyyətlərini effektiv şəkildə ifadə edən müdrik bir kəlam var: “Polislər səngərsiz əsgərlərdir”. Ona görə səngərsizdirlər ki, onlar yalnız bir nöqtədə dayanıb, xidmət göstərmirlər, vətəni, vətəndaşı, dövləti üçün bütün məkanlarda mübarizə aparırlar, fəaliyyət həyata keçirirlər.

Bu gün Azərbaycan əhalisinin sayı 10 milyondursa, riyazi dillə, rəqəmlərin dili ilə ifadə etsək, 1 polis=10 milyona düsturu tam yerinə düşər. Ona görə ki, bu gün polislər təkcə öz həyatlarını deyil, həm də 10 milyonun həyatını yaşayır, onların sancısını çəkir, xoşbəxt günlərinə sevinirlər.

Məşhur bir söyləm var: "Polis olmasaydı, hamı hamını öldürərdi və daha müharibə olmazdı".

Məncə, polisin xidmətini bundan dəqiq, düzgün ifadə edən cümlə, fikir ola bilməz. Polislər vətənlərini və vətənlərinə qənim kəsilənləri heç vaxt tərk etməmək fəzilətinə malikdirlər. Çünki polisin sənəti görməyin faydasız olduğunu görməməkdir. Bəli, bu fəlsəfi düşüncə sizi bir az beyin məşqinə məcbur edəcək, amma bu düşüncənin kodlarını açanda anlayacaqsınız ki, polislər nə qədər məsuliyyətli və şərəfli bir fəaliyyətlə məşğuldurlar.

Bu gün Azərbaycan polisi fiziki olaraq, çox yerdədir, insanların təhtəlşüuru baxımından isə hər yerdədirlər. Yəni, polisin olmadığı yerdə belə insanlar özlərini güvəndə hiss edirsə, bu da polisin gözəgörünməz fəaliyyətinin təzahürüdür.

Fikir verin, insanların əyləndiyi, oxuğu, gəzdiyi məkanlarda polislər olmasa belə, insanlar onları daim öz yanlarında hiss edir və güvənli şəkildə həyatlarına davam edirlər. İkinci belə unikal peşə varmı? Axtarmayın, tapmayacaqsınız!

Bu gün Azərbaycan polisinin Azərbaycanın ərazi bütövlüyünü qorunması, daxili asayişin güclənməsi istiqamətindəki səyləri danılmazdır. O cəmiyyətlərdə ki, polisə inam, ümid, etimad yüksək səviyyədir, o ölkə və dövlətlər polisə sahib olan gücdürlər.

Uca yaradan sağlam xidmət göstərən polislərimizi qorusun, Var olsun polislərimiz, yaşasın müstəqil Azərbaycanımız!

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Mart 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see188

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see174

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see142

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see133

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri