Icma.az
close
up
RU
Polislərin maaşı artırılsın Zahid Oruc

Polislərin maaşı artırılsın Zahid Oruc

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Polislərin maaşının artırılmasına ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Millət vəkili bildirib ki, Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 il də xidmət etdikdən sonra 44 yaşında təqaüdə gedə bilər: “Polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin əmək haqqı 950 manata yaxındır. Gəlin araşdıraq, polislərin tez təqaüdə getməsi Daxili İşlər Orqanlarının fəaliyyətinə necə təsir edir? Hər kəs yaxşı bilir ki, müasir kommunikasiya-informasiya texnologiyları əsrində daxildə təhlükələr və cinayətkarlığın yeni növlərinə qarşı mübarizə əvvəlki illərdən daha çox peşəkarlıq tələb edir. Narkotiklərlə bağlı bir cinayətin açılması üçün əvvəlki illərdən 3-4 dəfə çox insan, vaxt və peşəkarlıq resurları tələb olunur.

44-50 yaşında olan polis təqaüdə göndərilirsə, biz onların yerini kimlərə veririk?! Daxili işlər orqanları dövlətin qoruyucu zirehi, ictimai təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm xidmətləri olan qüvvələridir. Hər birimiz 9-18-dək iş rejiminə malikik, lakin polis hər gün 14-16 saatlıq rejimdə xidmət aparır. Qlobal İqlim sammitinin təhlükəsilziyində bütün dövlət orqanları ilə yanaşı, yol polisindən, patrul xidmətinə, sıravidən ali rəis heyətinə qədər hamısı fədakarlıqla çalışırlar”.

A.Oruc sözügedən maaşları digər ölkələrlə də müqayisə edib: “Müqayisə üçün, Rusiyada polisin orta maaşı bizdən aşağıdır-680 manat, Ukraynada 511 manat təşkil edir. Lakin nəzərə alaq ki, Rusiyada əhalinin 100 min nəfərinə düşən polis əməkdaşlarının sayı 623, ABŞ-də müvafiq göstərici 256 nəfərdir. Ölkəmizdə müvafiq nisbət sizə məlumdur. ABŞ-də polisin orta aylıq maaşı 11000 manat, Macarıstanda 1700 manat, Yaponiyada 7400 manat təşkil edir. Əlbəttə, belə müqayisələr müxtəlif parametrlərə görə mötəbər, dəqiq indikatorlar deyil. Lakin Vətən müharibəsində şəhid olan, pandemiyada 7\24 rejimində çalışan və hazırki mürəkkəb regional-beynəlxalq şəraitdə ölkəmizdə konstitusion quruluşu, dövlət-hakimiyyət orqanlarının normal çalışmasını və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var”.

Maliyyə naziri Samir Şərifov deputatın təklifinə cavab olaraq bildirib ki, gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırılması məsələsinə baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri