Polislərin maaşı nə vaxt artırılacaq? Təklif varsa, baxıla bilər
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ötən gün parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputat Zahid Orucun səsləndirdiyi fikirlər ictimaiyyətdə maraq doğurub. Belə ki o, çıxışında polislərin maaşının artırılmasının lazım olduğunu bildirib.
Deputatların bu haqda çıxışları sonda artımla yekunlaşa bilərmi? Ümumilikdə bu proses necə tənzimlənir?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, hər ilin sonunda növbəti ilin büdcə müzakirələri aparılır:
“2024-cü ilin son ayları olduğu üçün 2025-ci ilin büdcəsi barədə qanun qəbul olunacaq. Həmin qanunu Milli Məclisə Maliyyə Nazirliyi təqdim edir. Büdcə məsələsi deputatlara təqdim olunur, daha sonra bununla bağlı müzakirələr aparılır.
Ramil Süleymanov
Daxili İşlər Orqanları əməkdaşlarının əməkhaqqının artırılması ilə bağlı təklif irəli sürülüb. Bu məsələnin hökumət tərəfindən nəzərə alınıb-alınmayacağı hələ məlum deyil. Təklif varsa, hökumətin büdcə layihəsində polislərin maaşının artırılmasına baxıla bilər. Yalnız bundan sonra düzəlişlərlə bərabər büdcə Milli Məclisə təqdim oluna bilər. Büdcə layihəsi səsvermə yolu ilə seçilir”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















