Politico: Brüssel Aİ də malların vahid etiketlənməsini qurmaq niyyətindədir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 21 may, AZƏRTAC
Avropa Komissiyası (AK) vahid bazarı gücləndirmək məqsədilə Avropa İttifaqında (Aİ) məhsulun vahid etiketlənməsinin yaradılmasına maneələri aradan qaldırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının bu sahədə strategiya ilə bağlı sənəd layihəsini nəzərdən keçirən “Politico” qəzeti yazıb.
Layihəyə əsasən, Brüssel malların, o cümlədən ərzaq məhsullarının etiketlənməsini və qablaşdırılmasını “daha vahid” etmək niyyətindədir. Ölkələrdə ayrıca təyinatlı yeni məhsulların buraxılışında mövcud uyğunsuzluqlar istehsalçıları müxtəlif bazarlar üçün məhsulun fərqli versiyalarını hazırlamağa, sərhədləri keçərkən məhsulları yenidən etiketləməyə və ya hətta yenidən qablaşdırmağa məcbur edir.
Nəşrin məlumatına görə, AK bu maneələri tədricən aradan qaldırmaq istəyir. Həmçinin, Avropa bazarına çıxarılması üçün tələb olunan malların yoxlanılması prosesini sürətləndirmək məqsədilə şirkətlərin sənədlərinin rəqəmsallaşdırılmasına nail olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 May 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















