Icma.az
close
up
RU
Politoloq: Azərbaycan Fələstini hələ onilliklər öncə tanımış bir dövlətdir

Politoloq: Azərbaycan Fələstini hələ onilliklər öncə tanımış bir dövlətdir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan son illərdə qlobal məkanda öz mövqelərini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Artıq Azərbaycan qlobal proseslərin sadəcə iştirakçısı deyil, həm də onların istiqamətinin müəyyənləşdirilməsində birbaşa rol oynayan önəmli dövlətlərdən biridir. Bu baxımdan, Yaxın Şərqdə baş verən hadisələr də Azərbaycanın müəyyən geosiyasi maraqları ilə bağlıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Çünki rəsmi Bakı Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu gizlətmir, əksinə, bunu açıq şəkildə bəyan edir. Belə olan halda, Azərbaycanın Yaxın Şərqdə sülh prosesində iştirak etməsi tamamilə təbii hal sayılır".
O bildirib ki, Azərbaycan Fələstini hələ onilliklər öncə tanımış bir dövlətdir, halbuki Fələstinin müstəqilliyi Qərb ölkələri tərəfindən yalnız son illərdə tanınmağa başlayıb:
"Azərbaycan isə bu addımı çox əvvəl atıb. Digər tərəfdən, Azərbaycanla İsrail arasında normal diplomatik münasibətlər mövcuddur və eyni zamanda, Yaxın Şərqdə böyük gücə və təsir imkanlarına malik olan Türkiyə ilə strateji müttəfiqdir. Bu baxımdan, Azərbaycan hazırda kəskin gərginlik yaşanan Türkiyə–İsrail münasibətlərinin normallaşmasında vasitəçi rolunu oynaya bilər. Bu da Yaxın Şərq probleminin həllinə müəyyən töhfə verə bilər.
Eyni zamanda, Yaxın Şərqdə sülh prosesini təşviq edən və “Trump planı” adlı nizamlanma təşəbbüsü ilə çıxış edən ABŞ-la Azərbaycanın da olduqca yaxın münasibətləri mövcuddur. Bu, Azərbaycanın real təsir gücünə malik olduğunu göstərir və Yaxın Şərqdə sülh və sabitliyin bərpası üçün konkret addımlar atmaq imkanları yaradır.
Yekunda, Azərbaycanın Yaxın Şərqdə maraqları olan və münaqişə vəziyyətində olan tərəflərlə münasibətlərinin yüksək səviyyədə olması ona sülh vasitəçisi, sülh təmsilçisi kimi çıxış etmək imkanı verir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri