Icma.az
close
up
RU
Politoloq : “Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

Politoloq : “Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı regionun geosiyasi arxitekturasını müəyyən edən əsas dayaqlardan biridir. “Bir millət – iki dövlət” anlayışı ilə möhkəm əsaslara sahib olan bu əməkdaşlıq konkret sahələr üzrə praktiki və dərin inteqrasiya prosesini də özündə təcəssüm etdirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycanın maliyyə dəstəyi və təşəbbüsü ilə inşa edilən 1323 mənzildən ibarət “Azərbaycan” məhəlləsinin açılışının yalnız humanitar yardım aktı deyil, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin də aydın təzahürü olduğunu ifadə edə bilərik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində şəxsən iştirak etməsi bu layihənin iki qardaş dövlət arasındakı əlaqələrin dərinliyi və gələcək inkişaf perspektivləri baxımından nə qədər önəmli olduğunu bir daha təsdiq etmiş oldu: “Tarix, dil, mədəniyyət və dini amillərlə biri-birinə sıx bağlı olan bu iki dövlət arasında əlaqələr xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yeni məzmun və güc qazandı. İlkin olaraq onu qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olması və qeyd-şərtsiz dəstəyini ifadə etməsi, eləcə də “əsrin fəlakətini” yaşayan qardaş Türkiyənin ən çətin anında Azərbaycan dövlətinin və xalqının bütün gücü ilə səfərbər olması iki ölkənin strateji əməkdaşlığının əbədi sütunlarla möhkəmləndiyinin bariz nümunəsidir. Türkiyə və Azərbaycan bölgədə sabitlik və təhlükəsizliyin qorunması istiqamətində vahid mövqedən çıxış edən iki dost və qardaş ölkədir. Onların birgə addımları bir çox regional və qlobal güclərin təsir dairəsində tarazlıq yaratmaqla yanaşı milli maraqların qorunmasında da əvəzsiz rol oynayır. Beləliklə də, Kahramanmaraşdakı layihə zəlzələnin dağıdıcı təsirlərinə qarşı birgə əməkdaşlıq və humanitar dəstək nümunəsi olmaqla paralel olaraq regional inteqrasiya və koordinasiyanın inkişafına təkan verən mühüm addımdır. Həmçinin bu layihə gələcəkdə Türk Dövlətləri Təşkilatı və digər regional platformalarda daha geniş əməkdaşlıq layihələrinin icrasına da zəmin yaradır. Məhəllənin infrastrukturu, təhsil və sosial obyektləri bölgədə yeni həyatın bərpasına təkan verir, eləcə də qardaş xalqların gələcəkdə birgə inkişaf perspektivlərini gücləndirir”.

Politoloq əlavə edib ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı birmənalı şəkildə ikitərəfli münasibətlərin humanitar yönümlü, strateji və çoxşaxəli tərəfini simvolizə edən mühüm addımdır. Bu təşəbbüs həm də Türk dünyasında inteqrasiyanın güclənməsi, qarşılıqlı dəstək və həmrəylik ənənələrinin davam etdirilməsi üçün nümunədir. Belə sosial və humanitar layihələr regional sabitliyin və davamlı inkişafın təminatçısına çevrilməklə yanaşı, Azərbaycan diplomatiyasının strateji inkişaf xəttini və gələcəyə yönəlik Azərbaycan-Türkiyə birliyini möhkəmləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri