Icma.az
close
up
RU
Politoloq: Azərbaycan və Türkiyə real kollektiv müdafiə sınağına çıxır

Politoloq: Azərbaycan və Türkiyə real kollektiv müdafiə sınağına çıxır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hərbi yardım artıq sözlərlə deyil, hüquqi öhdəliklərlə təmin olunur

 

Azərbaycan-Türkiyə hərbi memorandumu Cənubi Qafqazda potensial təcavüzə açıq mesaj göndərir

Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Parlamentin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Anlaşma Memorandumunun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Deputatın sözlərinə görə, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir: "Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəd 8 maddədən ibarətdir. Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir. Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları (məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-biriləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər".

Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Milli Məclisin Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya etməsi həm tarixi, həm də strateji addımdır. Ekspert vurğulayıb ki, onsuz da iki ölkə arasında strateji müttəfiqlik var idi:

"Şuşa Bəyannaməsi ilə ortaya konkret bir siyasi iradə qoyulmuşdu. Memorandum isə mövcud olan strateji müttəfiqliyin praktiki icra mexanizmini müəyyənləşdirir. Yəni tərəflər artıq "bir-birinin yanındayıq" deməklə kifayətlənmir, bu dəstəyin hansı şərtlərdə, hansı formada və hansı hüquqi əsaslarla həyata keçiriləcəyini açıq şəkildə təsbit edirlər. Sənədə əsasən, tərəflərdən birinin silahlı təcavüzə məruz qalması halında digər tərəf fərdi və birgə özünümüdafiə hüququ çərçivəsində hərbi yardım göstərməyi öhdəsinə götürür. Bu addım açıq şəkildə çəkindirici məna daşıyır. Yəni Azərbaycan müharibə istəmir, lakin müharibə ehtimalının yaranmasına imkan vermək də istəmir. Türkiyə ilə hərbi təhlükəsizlik sahəsində bu qədər aydın və hüquqi əsaslı anlaşmanın mövcudluğu potensial risk mənbələrinə mesaj verir ki, istənilən təzyiq və ya hərbi avantüra təkcə bir dövlətlə deyil, daha geniş hərbi-siyasi imkanlara malik müttəfiqlə qarşıdurma anlamına gələcək".

Analitikə görə, diqqətçəkən məqam yardımın sorğu əsasında və milli qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək olmasıdır:

"Bu, o baxımdan önəmlidir ki, ehtimal emosional və ya situativ hərbi qərarların qarşısı alınacaq. Yəni qərar daha institusional əsasda qəbul ediləcək. Memorandumda dinc dövrdə birgə hərbi təlimlərin və manevrlərin keçirilməsi xüsusi yer tutur. Bu bənd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin operativ uyğunluğunun artırılmasına, komanda-idarəetmə sistemlərinin uzlaşdırılmasına və mümkün böhran vəziyyətlərində koordinasiyalı fəaliyyət qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək. Bu cür təlimlər faktiki olaraq kollektiv müdafiə mexanizminin real sınaqdan keçirilməsi baxımından çox vacibdir. Sənədin mühüm aspektlərindən biri də hərbi kəşfiyyat və məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Yəni tərəflər bundan sonra məxfi, tam məxfi və xüsusi əhəmiyyətli məlumatları hüquqi çərçivədə bir-biri ilə paylaşacaq. Bu, eyni zamanda regional risklərin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından əhəmiyyətli mexanizmdir".

T.Rzayev hesab edir ki, bu sənədi bir çox ölkə fərqli şərh etməyə çalışacaq, hətta özü üçün təhdid görəcək:

"Buna görə də sənəddə "Memorandumun üçüncü dövlətlərə qarşı yönəlmədiyi" xüsusi qeyd olunub. Bundan başqa sənəddə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edilməsi xüsusilə tərəflərin qarşılıqlı yardım mexanizmini beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurduğunu göstərir. Yəni Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədini ön plana çıxarır. Azərbaycan və Türkiyənin Anlaşma Memorandumunu məhz indi rəsmiləşdirməsi də təsadüfi deyil. Regionda təhlükəsizlik mühiti köklü şəkildə dəyişib və bu dəyişiklik artıq sözlərlə idarə olunan mərhələni geridə qoyub. Cənubi Qafqazda isə ümumiyyətlə yeni reallıqlar formalaşıb. Bununla belə bu da bir həqiqətdir ki, həmin o reallıqlar hələ tam oturuşmayıb və müxtəlif güc mərkəzləri tərəfindən sınağa çəkilir. Məhz belə bir şəraitdə Bakı və Ankaranın təhlükəsizliyini bəyanatlara yox, hüquqi mexanizmlərə bağlamağı zəruri idi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri