Icma.az
close
up
RU
Politoloq: Bu, iki ölkə arasında çevrilmiş yeni səhifənin başlanğıcıdır

Politoloq: Bu, iki ölkə arasında çevrilmiş yeni səhifənin başlanğıcıdır

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya–Azərbaycan münasibətlərində 10 aylıq soyuqluq mərhələsi artıq keçmişdə qalıb. Bu, bir çoxlarının fikrincə, iki ölkə arasında çevrilmiş yeni səhifənin başlanğıcıdır. Məlum olduğu kimi, münasibətlərdəki gərginlik ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin Qroznı səmasında təxribat atəşi ilə vurulması nəticəsində yaranmışdı. Həmin hadisə iki ölkə arasında uzun illər formalaşmış etimad mühitinə ciddi zərbə vurdu. Bununla belə, baş verənləri iki ölkə arasında mövcud olan münasibətlərin mahiyyətinə zidd, lakin müəyyən mənada hadisələrin təbii gedişatının nəticəsi kimi də dəyərləndirmək olar".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Son günlərdə Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin Düşənbədə keçirilən görüşü bu 10 aylıq soyuqluğun aradan qaldırılmasında həlledici rol oynayıb. Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu artıq aydın görünür. Bu mərhələni haqlı olaraq Azərbaycan–Rusiya münasibətlərində “Düşənbə mərhələsi” adlandırmaq olar".
O bildirib ki, bundan sonra münasibətlərin istiqamətini əsasən iki amil müəyyən edəcək:
"Birincisi, tərəflər çalışacaqlar ki, əlaqələri təyyarə insidentindən əvvəlki səviyyəyə qaytarsınlar. Bu, asan olmasa da, mümkündür. Çünki Azərbaycanla Rusiya arasında normal və konstruktiv münasibətlərin azı 30 illik tarixi var və bu, əlaqələrin bərpası üçün möhkəm əsas yaradır. Qarşıdakı dövrdə bütün təmaslar, danışıqlar və əməkdaşlıq təşəbbüsləri bu istiqamətə yönələcək".
Politoloq deyib ki, ikinci istiqamət isə münasibətlərin sadəcə bərpası ilə kifayətlənməyib, onları daha intensiv, dinamik və çoxşaxəli şəkildə inkişaf etdirmək olacaq:
"Hər iki ölkənin siyasi iradəsi, iqtisadi maraqları və strateji xətti bu imkanı təmin edir. Xüsusilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac duyulur. Soyuqluq dövründə bu sahələrdə müəyyən etimadsızlıq yaranıb və həmin etimadı bərpa etmək üçün yeni təmaslar vacibdir. Rusiyada yaşayan azərbaycanlıların etimadının bərpası istiqamətində Rusiya hakimiyyətinin də konkret addımlar atacağı gözlənilir.
Eyni zamanda, Azərbaycanın fəaliyyətinin mühüm istiqamətlərindən biri münasibətləri gərginləşdirmək və ya pozmaq istəyən kənar və xarici qüvvələrin təsirini neytrallaşdırmaq olacaq. Çünki bu cür təsirlər iki ölkə arasında qarşılıqlı etimad və əməkdaşlığın dərinləşməsinə maneə yaradır.
Nəticə etibarilə, qarşıdakı dövrdə əsas məqsəd münasibətləri həm əvvəlki səviyyəyə qaytarmaq, həm də onları daha da inkişaf etdirərək kənar müdaxilələri aradan qaldırmaq olacaq".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri