Icma.az
close
up
RU
Politoloq, iqtisadçı, mütəxəssis Ekspertlər Tribunanı təbrik edir

Politoloq, iqtisadçı, mütəxəssis Ekspertlər Tribunanı təbrik edir

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tribuna İnformasiya Agentliyi 16 illik fəaliyyətini qeyd edir. Bu illər ərzində agentliyin xəbər gündəmini işıqlandırmasında müxtəlif sahələr üzrə ekspertlərin rolu xüsusi olub. Məhz bu günədək Tribunaya açıqlamaları ilə dəstək verən tanınmış ekspertlər yubiley münasibətilə agentliyi təbrik edərək onun media məkanındakı xidmətlərini yüksək dəyərləndiriblər.

Tribunainfo.az Ekspertlərin təbrikini təqdim edir:

İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova

“Təbrik edirəm. Saytınızın ömrü uzun olsun. Həmişə yazdığınız xəbərlər oxunaqlı olsun. Sizə bol oxucu kütləsi arzu edirəm. Fəaliyyətinizdən məmnunam. Artıq, uzun müddətdir ki, saytınızla əməkdaşlıq edirəm. Saytınız həqiqətən də operativdir. Ən əsası isə mövzulara obyektiv yanaşılır. Öz müsahibələrimlə yanaşı, digər xəbərləri də oxuyuram. Qeyd edirsiniz ki, “Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq”. Bu çox vacib məqamdır. Heç vaxt mövzulara təktərəfli yanaşmırsınız. Şəhid ailələrini, qaziləri diqqət mərkəzindən buraxmırsınız. Problemləri olanda, anında işıqlandırırsınız. Dövlət qurumları tərəfindən də saytınıza baxılır. Çünki hər hansısa bir şikayət varsa, ekspert olaraq biz, də narazılığımızı bildiririksə, vətəndaşların şikayətini dilə gətiririksə, tez bir zamanda məsələ həll yolunu tapır. Ona görə də təşəkkür etmək istəyirəm ki, həqiqətən də operativ işləyirsiniz və çalışan jurnalistlər də peşəkardır. Çünki sorğu göndərəndə, verilən suala baxırsan və görürsən ki, qarışıq deyil. Bəzi saytlar kimi cümləni dəyişib vermirsiniz. Mən bir çox sayta müsahibə vermişəm və nəticədə görmüşəm ki, mən başqa şey danışıram, onlar başqa şey çap edir. Belə olan halda, narazılıq yaranır, ona görə də sizin saytı bu yöndən çox bəyənirəm, çünki fikirlərim təhrif olunmur”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov

“Mən Tribuna İnformasiya Agentliyini səmimi qəlbdən təbrik edirəm. 16 yaşınız mübarək olsun. Hər zaman insanların maarifləndirilməsində səsinizi ölkə və ölkə xaricində də dünyada yaşayan bütün azərbaycanlılara çatdırdığınız üçün təbrik edirəm. Media olmasa, biz mütəxəssislər səsimizi ancaq öz platformalarımızda çatdıra bilərik. Amma bu da bəs eləmir. Bizə sizin kimi professional, işini bilən, vətənpərvər və insanlara sevgi bəxş edə bilən, insanların sağlamlığını düşünən saytlar vacibdir, lazımdır, dəyərlidir”.

Politoloq Elşən Manafov

Tribunainfo.az, 16 illik fəaliyyəti dövründə ölkənin ən nüfuzlu mətbu yaylmları arasında yer tuta bilmiş, onun informasiya məkanında yayımladığı məlumatlar obyektivliyi, qərəzsizliyi ilə seçilmiş, səriştəli komanda tərəfindən yönləndirildiyi oxucuların diqqətindən yayınmamışdır. Yayımın analitik məzmunlu, dərin təhlil və araşdırmalara söykənən məqalə və müsahibələri həmişə tərəfimizdən diqqətlə izlənilmiş, böyük marağa səbəb olmuşdur.
Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin cəmiyyətimizə transferində KİV-nin öz yeri, rolu və imkanları var. Bu çətin, həm də mürəkkəb və məsuliyyətli missiyanın həyata keçirilməsində Tribuna-nın rəhbərliyi və əməkdaşlarına ugurlar diləyir, qələminizin iti olmasını arzulayırıq”.

AĞ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

“Sizləri ürəkdən təbrik edirəm. Tribuna İnformasiya Agentliyi Azərbaycan mediasında ön sıralarda olan saytlardan biridir. Hər zaman obyektivliyini qoruyub saxlamağa çalışıb. 16 yaş, heç də az yaş deyil. Böyük bir ömür saymaq olar. Bir igidin ömrünə bərabər illərdir. Arzum budur ki, bizimlə yaxından əməkdaşlıq edən, eyni zamanda, bizim də hər zaman yaxından əməkdaşlıq etməyə həvəs göstərdiyimiz və diqqətlə yanaşdığımız Tribunainfo.az saytının 16 yaşının arxasına sıfır rəqəmi də yazılsın. Gələcək nəsillər bu saytı yaşatsın. 160 illiyini qeyd etsin. Hətta 1600 illiyini qeyd etsin. Əsas odur ki, 16 il öncə yaradılan və Azərbaycan mediasında həmişə öz dəsti-xətti ilə seçilən Tribunainfo.az yaşasın. Özümüzə yaxın bildiyimiz rəhbərlik başda olmaqla, həm də əməkdaşları bizim kolleqalar sayılır, onları ürəkdən təbrik edirəm. İnşallah hər il daha da ürək dolusu, daha xoş arzularla sizləri təbrik edək. Uğurlarınız bol və davamlı olsun”.

Yazıçı-psixoloq Elbrus Kəlbiyev

“Yeni yaşınızı mübarək! “Tribunainfo” saytı bu illər ərzində dürüst, haqqın yanında, cəmiyyətə faydalı, xalqın getdiyi yola işıq saçan, yeni uğurları ilə hər gün böyüyən, bir mətbu orqanına çevrilə bilib. Bütün əməkdaşları təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırır, yeni nəaliyyətlər arzu edirəm”.

Hazırladı: Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri