Icma.az
close
up
RU
Politoloq: “Mühafizəkarlar Pezeşkianı qabağa veriblər”

Politoloq: “Mühafizəkarlar Pezeşkianı qabağa veriblər”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"İran Prezidenti Məsud Pezeşkian nəsə etməyə çalışır. Onun müharibədən sonra verdiyi açıqlamalar, İranda yaşayan xalqların, o cümlədən türklərin öz dilində danışmaq zərurətini bildirməsi, ölkəsindəki mühafizəkarların etirazına rəğmən, Xankəndinə gələrək İlham Əliyevlə ikinci dəfə görüşməsi buna işarədir". 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə bilinən jurnalist Taker Karlsona Tehranda verdiyi müsahibədə başqa maraqlı fikir də söyləyib:

“Pezeşkian İranın ali rəhbəri Seyid Əli Xameneyinin amerikalı investorların ölkəyə gələ biləcəyinə inandığını söyləyib. Pezeşkianın sözlərinə görə, Xameneyi deyib ki, “amerikalı investorlar İrana gələ bilər və onların fəaliyyətinə heç bir maneə yoxdur”. Doğrusu buna bir qədər şübhəylə yanaşıram.

Xamaneyi “Amerikaya ölüm” şüarının həmmüəlliflərindən biridir. ABŞ İsrailə qoşularaq İranın uranı zənginləşdirən mərkəzlərinə ağır bombalar atıb. Bundan keçən qısa müddətdə ali dini liderin amerikalı investorları İrana dəvət etməsi onun və arxasındakı mühafizəkar qüvvələrin baxışlarıyla üst-üstə düşmür.

Ancaq son hadisələrin İrandakı mühafizəkar qüvvələrin xarici və təhlükəsizlik siyasətinə baxışlarını dəyişdirdiyini də istisna etmək olmaz. Bəlkə anladılar ki, ABŞ-İsrail ittifaqı ilə üz-üzə gəlməkdənsə, biri ilə normal münasibətlər qurmağa ehtiyac var.

Hər nədirsə, mühafizəkarlar Məsud Pezeşkianı qabağa veriblər. İsrailin müharibə zamanı Məsud Pezeşkianı qətlə yetirmək planının olduğuna inanmıram. Pezeşkian Xamaneyidən fərqli olaraq müharibə günlərində bunkerdə gizlənməmişdi. 

Yəni İsrail üçün Pezeşkianı öldürmək çətin olmamalıydı. Ancaq bu İsrailin ən böyük yanlışı olardı. Ona görə də İsrail İran Prezidentinin deyil ali dini liderin ovuna çıxmışdı.

Məsud Pezeşkian İranın dünyaya açılmasını, neft pullarının proksi qüvvələrə deyil İran vətəndaşlarının sosial problemlərinin həllinə yönəldilməsini və qonşularla yaxşı münasibətlər istəyir. Onun başı üzərindəki qüvvələr də bunu istəyirmi? Əsas sual budur”.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri